04-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Tovuzdakı möhtəşəm kompleksdən – Fotolar

29 Oktyabr 2019, 10:53
Uncategorized
A A
Tovuzdakı möhtəşəm kompleksdən – Fotolar

Tovuzda təqdirəlayiq işlər həyata keçirilməkdədir. Xüsusən də şəhidlərə ehtiran və onların ailələrinə diqqət, qayğı göstərilir. Onlardan biri Rayon İcra Hakimiyyətinin dəstəyi və Əyyublu kənd icra nümayəndəsinin təşəbbüsü ilə ən böyük yaşayış məntəqələrindən olan Əyyublu kəndində Vətən torpaqları uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinə abidə kompleksi yaradılmasıdır.

Reportyor.info-ya kənd sakinlərinin verdiyi məlumata görə, kompleksin açılışında ziyalılar, kənd icra nümayəndəsi, rayon ictimaiyyətinin nümayəndələri, gənclər iştirak ediblər.

Əvvəlcə abidədə önünə gül dəstələri düzülərək şəhidlərin xatirəsi ehtiramla yad olunub. Sonra icra başçısının birinci müavini Rəşad Zeynalov qeyd edib ki, prezident İlham Əliyevin, I prezident Mehriban xanım Əliyevanın daimi qayğısı ilə xalqımızın milli-mənəvi dəyərlərinə böyük qiymət verilir, zəngin tarixi ənənələrimiz qorunaraq inkişaf etdirilir.

Gənc nəsilin vətənpərvərlik tərbiyəsi ruhunda yetişdirilməsi, babaların qəhrəmanlıq ənənələri əsasında tərbiyə edilməsi də diqqət mərkəzindədir.

Tarixi Aşağı Ayıblı, indiki Əyyublu kəndi insanları həmişə öz ayıqlığı, fəallıqları və Vətən torpaqlarının müdafiəsi işində öz hünərləri ilə seçilmişlər. Zəngin ənənələri olan kənddə görkəmli şəxsiyyətlər yetişmiş, bu icmadan çıxan oğullar öz hünərləri ilə bu torpağı daha da şöhrətləndirmişlər.

1941-1945-ci illər müharibəsində kəndin 600 nəfərdən artıq sakini döyüşlərdə iştirak etmiş və onlardan 269 nəfəri cəbhələrdən geri dönməmişdir. Qarabağ müharibəsi zamanı da bu kəndin yetirmələrindən 9 nəfəri şəhid olmuşdur. Onlarla gənc isə həmin bu müharibədə Vətən torpaqlarının qorunmasında iştirak edərək müharibə veteranı adını almışdır.

Hələ 40 il bundan irəli müharibədə həlak olmuş kənd sakinlərinin xatirəsinə ucaldılmış həmin bu abidənin bazasında Vətən torpaqları uğrunda qurban getmiş şəhidlərin xatirəsinə kompleks yaradılması barədə təşəbbüs qaldırılanda sakinlər onu ürəkdən dəstəklədilər.

Qısa vaxtda burada xeyli tikinti-quraşdırma və abadlıq işləri aparılmışdır. Bura indi abad bir məkan və tərbiyə ocağıdır. Qədirbilənlərin abadlaşdırıb yeni görkəmə saldıqları bu xatirə abidəsi qəhrəmanlıq ənənələrinə sadiqliyin bir nümunəsidir. Doğru deyirlər ki, heç nə unudulmur, heç kəs yaddan çıxmır!
Qəhrəmanlar həm dünəndir, həm bü gündür, həm də gələcəkdir!

İnanırıq ki, belə xatirə kompleksləri gənc nəsilin vətənpərvərlik tərbiyəsində böyük rol oynayacaqdır.
Həmin günki tədbir şəhidlərin xatirəsini anma mərasimi kimi davam etmişdir.

Ziyalılar, kənd sakinləri və gənclərin nümayəndələrindən İsa Cavadoğlu, İlqar Kərimov, Abbas Abbasov, Elşad Kərimov və başqaları çıxış edərək, Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi daimi qayğıdan, gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində dövlət səviyyəsində görülən işlərdən, babaların qəhrəmanlıq ənənələrinin davam etməsindən, Vətən uğrunda öz canlarını fəda edənlərin xatirəsinin daim uca tutulduğundan danışmışlar. Sonda məktəblilər Vətən, qəhrəmanlıq haqqında bədii kompozisiya nümayiş etdirmişlər.

Əvvəlki yazı

Fədayənin ilk açıqlaması – Foto

Sonrakı yazı

AQTA “Flaqman” kolbasa sexini yoxlayıb

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.