Tovuz Rayon Təhsil Şöbəsinə yeni müdir təyinatı olub. Bu barədə Reportyor.info-nun əldə etdiyi məlumata görə, Elmira Mürşüdlü Tovuz RTŞ rəhbəri təyin edilib.
O, bundan əvvəl rayonun Aşağı Quşçu kənd 1 saylı tam orta məktəbinin direktoru olub. Xatırladaq ki, bir müddət əvvəl Validə Hüseynova Tovuz RTŞ müdiri vəzifəsindən azad edilib.