Tovuz təhsil şefi işdən çıxarıldı – Özəl

18 Avqust 2019 - 14:06
3561 oxunma

Tovuz rayon təhsil şöbəsinin müdiri Validə Hüseynova vəzifəsindən azad olunub. Bu barədə Reportyor.info-ya verilən məlumata görə, V.Hüseynovanın yerinə hələlik təyinat olmayıb.

Onun işində yol verdiyi nöqsanlara görə vəzifəsindən çıxarıldığı xəbər verilir. Tovuzun sabiq təhsil şefinin adı müxtəlif neqativ hallarda, rüşvət qalmaqallarında, müəllimlərdən pul yığılmasında hallanırdı.

Hüseynova Validə Süleyman qızı 12 oktyabr 1962-cı  ildə Tovuz  rayonunda anadan olmuş, 1980-ci ildə A.S.Puşkin adına Tovuz şəhər tam orta məktəbini bitirmişdir. 2012-ci ildən hal hazıra kimi Tovuz Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyirdi.

 

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"