06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Tovuz ilə Masallı Nazili ilə qardaşlaşacaq

09 Avqust 2018, 10:58
Cəmiyyət
A A
Tovuz ilə Masallı Nazili ilə qardaşlaşacaq

Qardaş Türkiyənin Nazili vilayətindən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayevanın dəvətilə Nazili bələdiyyə başqanının müavinləri, Naizli bələdiyyə məclisinin üzvləri, tanınmış aydınlar və folklor qrupunun üzvlərindən ibarət 32 nəfərlik nümayəndə heyəti Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını, Türk Şəhidliyini ziyarət ediblər. Qonaqlar millət vəkili Qənirə Paşayevanın müşayiəti ilə ilk öncə Fəxri Xiyabanı ziyarət ediblər. Onlar əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftolmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Ümummilli lider Heydər Əliyevin “bir millət – iki dövlət” kəlamını xatırladan Q.Paşayeva, onun həyatının Türk Dünyası üçün bir örnək olduğunu qeyd edib. Bundan sonra Azərbaycan xalqının Fəxri Xiyabanda uyuyan görkəmli ziyalıları, dövlət adamlarının məzarları ziyarət edib və ruhuna dualar oxunub. Sonra qonaqlar Şəhidlər Xiyabanını ziyarət ediblər. Millət vəkili Q.Paşayeva Türkiyə nümayəndə heyətinin üzvlərinə Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi Azərbaycan torpaqlarında dinc insanlara qarşı törədilmiş vandalizm aktları, qətliamlar, soyqırımlar barədə geniş bilgi verib. Daha sonra qonaqlar Bakı Türk Şəhidliyini ziyarət ediblər. Onlara 1918-ci ildə erməni-daşnak qruplaşmalarının Bakıda və Azərbaycanın digər bölgələrində amansız qətliamlar törətdikləri, Qafqaz Türk İslam Ordusunun Azərbaycanı, özəlliklə, Bakını erməni-daşnak işğalından azad etmək üçün qardaş köməyinə gəlməsi barədə geniş məlumatlar verilib, Türk Şəhidliyinin bir qardaşlıq məzarlığı, and yeri olduğunu bildirib. Türkiyəli qonaqlara eyni zamanda millət vəkili Qənirə Paşayeva XX yüzillikdə müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının məhz Azərbaycanda qurulduğunu bildirib və ölkənin ali qanunvericilik orqanı, fəaliyyəti barədə geniş məlumat verib. Türkiyə nümayəndə heyəti ilə millət vəkili Q.Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-də görüş də olub. Görüşdə bu ilin fevral ayında Nazilidə Qarabağ parkının və Xocalı soyqırımı abidəsinin açılışına görə Nazili bələdiyyəsinə göstərdiyi duyarlılığına görə bir daha təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva bu addımın bütün Türk dünyası bölgələri üçün gözəl bir örnək olduğunu deyib . “Bir millət iki dövlət” olan Azərbaycan və Türkiyə arasında əlaqələrin daha da inkişafı baxımından bu kimi qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb və qardaş Türkiyənin Nazili vilayəti ilə Azərbaycanın Tovuz və Masallı rayonlarının qardaşlaşması işinin tezliklə reallaşacağına inam ifadə olunub. Görüşün sonunda millət vəkili Q.Paşayeva qonaqlara Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı materiallar, hədiyyələr təqdim edib, türkiyəli qonaqlar isə onların bölgələrini tanıdan materialları millət vəkilinə hədiyyə ediblər. Türkiyə nümayəndə heyəti Qənirə Paşayevanın müşayiəti ilə paytaxtla yaxından tanışlıq olublar, İçərişəhəri ziyarət ediblər. Onlar burada Şirvanşahlar Saray-Komleksini, Seyid Yəhya Bakuvinin türbəsini, Qız qalasını, Cümə Məscidini və bir sıra tarixi abidələri ziyarət ediblər, onlara Bakının tarixi, Azərbaycan tarixi, mədəniyyəti, həqiqətləri ilə bağlı geniş məlumatlar verilib. Eyni zamanda Türkiyəli qonaqlar Cumhuriyyətimizin ilk paytaxtı qədim Gəncə ilə də yaxından tanış olublar, tarixi abidələri ziyarət ediblər. Türkiyə heyəti bir sıra televiziya proqramlarının qonağı da olublar. Azərbaycanın tanınmış sənətçiləri, şair və yazarları, QHT və KİV rəhbərləri, fəal qadınlar ilə də görüş olub, geniş fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.

 

Əvvəlki yazı

Serj Sarqsyan Ermənistana qayıdıb, oradan Dağlıq Qarabağa gəlib

Sonrakı yazı

Polis və DTX əməliyyat keçirib – 4 ədəd avtomat aşkar edildi

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.