Tovuzda rayonun adını daşıyan çay zibil poliqonuna çevrilib. Çayın kənarı və axarı məişət tullantıları, heyvanın daxili orqanları, dərisi ilə doludur. Ətrafa yayılan üfunət qoxusu, sahibsiz itlər və bütün bunlarin fonunda çayda sudan istifadə edən insanların, su içən heyvanların hansı xəstəliklərə düçar olması halları acınacaqlı mənzərə ortaya çıxarır.
Xezerxeber.az-ın məlumatına görə, ətrafda yerləşən ictimai-iaşə obyektlərinin çirkab suları da birbaşa çaya axıdılır.
Çayın bu vəziyyətində olmasına baxmayaraq azyaşlı uşaqlar burada çimirlər. Heyvanlar və ev quşları da bu çaydan su içir. Əkin sahələri də buradan ayrılan qollar vasitəsi ilə suvarılır. Tullantıların bir qismi suyun axın istiqamətində getsə də, ətrafda qalanlar da olur. Ətrafda yaşayan sakinlər tullantıları təmizləməyə çalışsalar da, bu cəhdlər öz nəticəsini vermir. Çünki gecə və səhər saatlarında yenə də çay kənarında şəxsi avtomobillər dayanır və zibil atırlar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsindən isə bildirilib ki, mövcud vəziyyətə qarşı tədbirlər görülsə də, sakinlər yenidən həmin mənzərəni yaradırlar.
Hər halda gürünən odur ki, çayın bu cür çirklənməsinin qarşısının alınması üçün görülən tədbirlər nəticəsiz qalır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: