Bakıda sərt karantin rejiminin 10 günü geridə qalmaqdadır. Reportyor.info-nun əməkdaşı şəhərin mərkəzində müşahidələr aparıb və küçələrin, meydanların, parkların boş olduğunu görüb. Müxbirimizin təəssüratlarına görə, Fəvvarələr meydanında, bulvarda, “Torqovı” kimi tanınan Nizami küçəsində tək-tük insanlara rast gəlmək olar. Əməkdaşımızın lentə aldığı fotolardan da görmək olar ki, paytaxtın mərkəzi bomboşdur və 5 iyula qədər belə davam edəcək. Hazırda “Torqovı”da nə kafelər, nə obyektlər fəaliyyət göstərir. Onların sahibləri tezliklə sərt karantinin başa çatmasını gözləyirlər. Çünki iki həftəlik işsizlik ciddi sıxıntıya və ziyana səbəb olub. Həmçinin, şəhərin mərkəzində avtomobillərin də hərəkətinin seyrək olduğunu qeyd etmək lazımdır. Qeyd edək ki, Operativ Qərargahın son brifinqində sərt karantinin uzadılmasının istisna edilmədiyi açıqlanıb.
REPORTYOR.info