“Toppuş bacı”nın əri: “O qədər şərəfsizəm ki…”

7 Avqust 2019 - 16:09
1369 oxunma

Bir müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva (“Toppuş bacı”) həyat yoldaşı Röyalla yeni şəkillərini paylaşaraq ona səmimi təşəkkür edib.

Reportyor.info xəbər verir ki, sənətçi paylaşdığı fotoya “Deyirlər insanlar dar günündə tanınarmış, yaxşı ki, həyatımda varsan. İnşallah, hər şey yaxşı olacaq” sözlərini qeyd edib.

Bu məqamda qeyd edək ki, aktrisanın həyat yoldaşı son zamanlarda instaqram hesabında paylaşdığı qəribə statusları ilə diqqət çəkir. Onun xüsusilə dünən həyatında çox xanım olduğunu açıq şəkildə etiraf etməsi şübhə doğurub. O, tənqidlərdən qaçmaq üçün paylaşımının status bölməsini bağlayıb.

“Həyatımda çox xanım var. Hər gün bir xanımla tanış olmağa çalışıram və hər tanış olduğum xanıma “səni sevirəm” deyərək, sevgini ucuzlaşdırıram və səni anamın gəlini edəcəm, deyirəm. O, saf xanımlar isə mənə inanır və beləliklə onlardan istifadə edirəm. Həyatımda saya bilməyəcəyiniz qədər xanım var, amma mən o qədər şərəfsizəm ki, gözüm doymur. O xanımların həyatlarını məhv etdiyini düşünmürəm. Və mən o şərəfsizliyimlə qürur duyuram. Mənim kimi murdar insanların ucbatından xanımların bəylərə inamı qalmayıb. Və budur, yenə bir xanımla tanış olmağa gedirəm, bir neçə dəqiqə sonra daha bir xanımın xəyallarını məhv edəcəm”, – deyə T.Əliyevanın həyat yoldaşı bildirib.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"