Toplananların yeri dəyişəndə…Nazim İsmayılovla Siraqəddin Cabbarovdan şok – Dosye

22 May 2019 - 10:30
629 oxunma

Sabirabad və Saatlıda indi camaat danışır ki, “həsən keçəl” yoxsa “keçəl həsən” – fərq eləməz. Ona görə ki, Nazim İsmayılovla Siraqəddin Cabbarovun icra hakimiyyətlərində yerdəyişmələri hər iki rayon əhalisinin rifahına, problemlərinin həllinə yol açmayacaq.

Reportyor.info-ya regionlardan verilən xəbərlərdə deyilir ki, N.İsmayılov Sabirabadın, S.Cabbarov da Saatlının icra başçısı olarkən bir-birinə qonşu olan bu bölgələrdə özbaşınalıq, qanunsuzluq xirtdəyə qədər çıxmışdı.

Elə son olaraq S.Cabbarovun Saatlıda qəbula gələn vətəndaşı döydürüb 15 sutka verdirməsi, ondan əvvəl bir siyasi fəalın övladının toyuna mane olması rayondakı gərginliyin hansı həddə çatdığını ifadə edirdi.

Bəlkə də onun Sabirabada transfer olunmasının səbəbi də məhz Saatlıda ola biləcək İsmayıllı, Quba hadisələrini önləmək idi. N.İsmayılov da Sabirabadda ondan geri qalmırdı.

Oğlanları gündə br maşın satırdı, qəza törədirdi, Göyçayda villa tikdirirdi. İH-nin “Suqovuşan” qəzetinin baş redaktorunun yazdığı məqalə isə N.İsmayılovun Sabirabadı necə idarə etməsinin kulminasiyasıydı – işçilər aylardır maaş almırdılar.

Keçmiş təhsil şöbə müdiri də Sabirabadda rayon rəhbərliyinin tapşırığı ilə vəzifəsinə uyğun olmayan işlər gördüyünü açıqlamışdı.

Məlum olurdu ki, 2010-2016-cı illərdə Sabirabad rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyərkən 2012-ci ildən rayon rəhbərliyinin təkidi ilə öz sahəsinə və vəzifə səlahiyyətlərinə dəxli olmayan təmir-bərpa, təşkilatçılıq işləri görüb.

Bunun üçün isə o, yüz min manatdan artıq vəsait xərcləyib. Düzdür, şöbə müdiri bu işləri guya mənzilini sataraq həyata keçirdiyini deməklə özünü təmizə çıxarmağa çalışırdı.

***

Kəsəsi, N.İsmayilovun Saatlı, S.Cabbarovun isə Sabirabada icra başçısı göndərilməsi, yerlərinin dəyişməsi heç nəyi dəyişmədi. Riyazi dillə desək, toplananların yeri dəyişəndə cəm dəyişmir.

2001-ci ildən Göyçay, Şamaxı və Sabirabad rayonlarına başçılıq edən 65 yaşlı icra başçısı bu və digər yollarla topladığı milyonları özünün və ailəsinin lüks həyatına sərf edir. Bakıda bir neçə villası, yüzminlərlə manat dəyərində maşınları, başqa dəyərli obyektləri olan Nazim İsmayılov hər zaman övladları ilə bağlı gündəmdə olub. N.İsmayılovun oğlanlarının adı ən müxtəlif qalmaqallarda hallanıb.

Hələ 2014-cü ilin əvvəllərində Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılovun kiçik oğlunun qəza törətməsi haqda xəbər yayılmışdı.

Məlumata görə, “hadisə Pambıq Zavodunun qarşısında baş verib. Atasının xidməti 54 AA 001 nömrə nişanlı “Prado” avtomobilini idarə edən kiçik İsmayılov birdən-birə iki “VAZ 06” markalı avtomobili əzib.

Maşınlardan biri yararsız hala düşüb. Zədələnən “Jiquli”lərdə həmin vaxt adam olmayib. Onlar yaxınlıqdakı aptekdə imiş. Polis hadisə yerinə gələrək başçının xidməti avtomibilini hadisə yerindən aparıb.

İcra başçısının oğlunun adının avtomobillə bağlı hallanmasında bu yeganə hal deyil. Belə ki, 2016-cı ildə media üzərindən apardığımız araşdırmalar zamanı başqa bir məlumata da rast gəldik: “Nazim  İsmayılovun oğlu Anarın öz avtomobilini satması barədə məlumat var.

“Auto.az” saytında yerləşdirilən bu elan onu tanıyan vətəndaşların da diqqətini çəkib. 2011-ci ilistehsalıolan “Toyota Land Cruiser”i 36 min dollarasatanAnarİsmayılovöznömrəsinidəsaytdayerləşdirib (0502000423).

LakinSabirabad “şef”ininoğlusaytda region olaraqGöyçaygöstərib.Bundanbaşqa, elandamaraqçəkənbirhissədəvar: o, avtomobilini “Lexus-570” ilə barter etməyədəhazırdır.

SabirabadicrabaşçısıNazimİsmayılovlabağlımediadayeralanxəbərlərdənbiridəGöyçayşəhərindəoğlunadəbdəbəli villa tikdirməsiiləbağlıolub.

Həminməlumatdabildirilirdiki, icrabaşçısıGöyçayşəhərGənclərMərkəzininarxasındaaldığıtorpaqsahəsindəoğluAnarİsmayılovaimarətucaldıb.

SonradanNazimİsmayılovvəoğluAnarİsmayılovimarəttikdirmələribarədəyayılanxəbərlərdançoxciddişəkildənarahatolublarvətikintigedənərazinibaşqabirşəxsinadınasənədləşdirməyəqəraraveriblər.

***

Reportyor.infoxəbər verir ki, N.İsmayılovun yerinə gedən S.Cabbarov Saatlıdakı əməllərini Sabirabadda davam etdirəcək. Onun adı kriminal olayda belə hallanmışdı.

Bir neçə il qabaq Hacıqabul-Bəhrəmtəpə yolunun 30-cu kilometrliyində, Sabirabad rayonu ərazisində ölümlə nəticələnən avtomobil qəza baş vermişdi. O zaman bu hadisə ilə bağlı mətbuatda məlumat yayılmışdı:

“Saatlı rayon sakini Əlibarat Rəhimov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən, Qaratəpə kənd sakini, 14 yaşlı Elmar Əliyevi vurub.

Xəstəxanaya yerləşdirilən Elmar Əliyevin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır”.

Hadisə ilə bağlı bundan artıq məlumat yayılmadı.Məlumata görə məhz cənab Cabbarovun köməkliyi sayəsində istintaq tez yekunlaşır və Əlibarat Rəhimov  Saatlıdakı vəzifəsini (Əmlak Komitəsinin rayondakı şöbəsimüdiri) davam edir.

Məlumata görə icra başçısının Əlibarat Rəhimova “qayğısı”nın özəl səbəbi var: biznes maraqları. Belə ki, Siraqəddin Cabbarovun Əlibarat müəllimin bir doğma adamı iləmüəyyən şərikli biznes layihələri həyata keçirməsi haqqında məlumatlar var.

Məsələn, rayonda “Saatlı qastinçası” kimi tanınan və az qala 1 əsrə yaxın yaşı olan mehmanxana bu şərikli biznesin qurbanı olub.

İcra baçısının şəriki əvvəlcədən mehmanxananı 40 minə sahibindən alır və bir gün sonra parkın genişlənməsi planına uyğun olaraq 200 minin qarışılığında mehmanxana yerlə-yeksan olur. Bundan əlavə, Saatlı rayon sakini Amaliya Əliyeva bildirmişdi ki, S.Cabbarov ərini döyüb.

Ən son əməli isə Sabirabada sərəncamı çıxan gün Vüsal Fətullayev adlı rayon sakinini tutdurması olub. İşsizlik problemi ilə əlaqədar icra başçısı Siraqəddin Cabbarovun qəbuluna gedib.

Lakin qəbul günü icra başçısı ilə onu görüşdürməyiblər, şöbə müdirlərindən birinə yönəldiblər. Bu zaman rayon sakini S.Cabbarovla görüşmək istədiyini bildirib, icra başçısına dərdini danışmaq niyyətində olduğunu söyləyib.

Vüsalın tələbinə cavab olaraq onu RİH-də otaqlardan birinə salaraq döyməyə başlayıblar. Rayon sakini icra məmurlarının əlindən canını qurtarmaq üçün özünü pəncərədən atıb.

Amma bununla qəzəbi soyumayan rayon rəhbərliyi polisə məlumat verib və onun tutublar. Saatlı rayon məhkəməsinin qərarı ilə ona 15 sutka inzibati həbs cəzası verilib.

Görək Sabirabadda kimləri döyəcək, tutduracaq. Hər halda görünür, prezidentə iki icra başçısı barədə düzgün təqdimat verilməyib.

REPORTYOR.info

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"