Topaz Premyer Liqası:“Neftçi” qələbə qazanıb, “Səbail” autsayderlə görüşdə xal itirib

2 Mart 2019 - 21:15
87 oxunma

Bu gün Topaz Premyer Liqasında XIX turun oyunlarına start verilib. ONA-nın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Bayıl Arena”da “Səbail” “Sumqayıt”ı qəbul edib. İlk “üçlük”də qərarlaşan Aftandil Hacıyevin yetirmələri ev oyununda xal itkisi ilə üzləşib. Paytaxt təmsilçisi rəqibinin müqavimətini qıra bilməyib – 0:0. Qazanılan bir xal Ayxan Abbasovun yetirmələrinin sonuncu pillədən qurtulması üçün yetərli olmayıb. Xal aktivini 16-ya çatdıran sumqayıtlılar şəxsi oyunların nəticələrinə görə “Keşlə”dən geri qalır.

Günə Bakı derbisi ilə yekun vurulub. Çempionatın ən titullu klubu “Neftçi” debütant “Sabah”ı sınağa çəkib. Yarışın lideri olan Roberto Bordinin yetirmələri ilk iki dövrədəki kimi yenə rəqibini böyük hesabla məğlubiyyətə uğradıb – 3:0. İlk yarıda “ağ-qaralar”ın heyətində qollarına italiyalı Canluka Sansone ilə Emin Mahmudov imza atıblar. Bu, apenninli futbolçunun Azərbaycanda ilk qolu olub. Fasilədən sonra isə Premyer Liqanın ən yaxşı bombardiri Baqali Dabo mövsümdə 9-cu qoluna imza atıb. Elşad Əhmədovun komandası isə mövsümdə 10-cu məğlubiyyətini alıb.

Qeyd edək ki, turun digər iki matçı sabah baş tutacaq. “Keşlə” “Qarabağ”ı, “Zirə” “Qəbələ”ni qəbul edəcək.

Topaz Premyer Liqası

XIX tur

2 mart (şənbə)

“Səbail” – “Sumqayıt” – 0:0
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Ziya Nəsirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bayıl Arena”, 16:00

“Neftçi” – “Sabah” – 3:0
Qollar: Canluka Sansone, 9, Emin Mahmudov, 24, Baqali Dabo, 79
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Nail Nağıyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
“Bakcell Arena”, 18:30

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"