02-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Tofiq Yaqubluya görə Əli Kərimli, İsa Qəmbər və Arif Hacılı bu müraciətə qoşulmadı” — Partiya sədri

20 Sentyabr 2020, 00:59
Cəmiyyət
A A
“Tofiq Yaqubluya görə Əli Kərimli, İsa Qəmbər və Arif Hacılı bu müraciətə qoşulmadı” — Partiya sədri

“Dövlət başçısı Azərbaycan ictimaiyyətinin, ziyalılarının, partiya sədrlərinin fikirlərini nəzərə alaraq, Tofiq Yaqublunu ev dustaqlığına buraxdı. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədri, ötən gün ev dustaqlığına buraxılmış Müsavat Partiyasının üzvü, siyasətçi Tofiq Yaqublu haqqında danışarkən bildirib ki, bu məsələdə oyun qurmaq istəyənlərin planları alt-üst olub:

“Mən iki dəfə internet televiziyası vasitəsilə cənab Prezidentə müraciət etdim. Çox sağ olsun ölkə Prezidenti. O, artıq bir daha sübut etdi ki, hər bir Azərbaycan vətəndaşının Prezidentidir. Cənab Prezident Azərbaycanda xalqının qeydinə qalan bir insandır. Ona biz öz minnətdarlığımızı bildirməliyik. Çünki bu sahədə çox böyük addım atdı. O, düşmənləri sevindirmədi. Məsələn, Ramiz Mehdiyev, Əli Kərimov, İsa Qəmbər kimiləri çalışırdı ki, Tofiq Yaqublu içəridə ölsün və bununla da Azərbaycan dövlətinə böyük təzyiqlər göstərilsin. Ölkə başçısı bizim müraciətləri nəzərə aldı, mən sizin internet sayt vasitəsilə cənab Prezidentə öz minnətdarlığımı bildirirəm. O mənada ki, bizim də müraciətimizi nəzərə aldı və ölkədə xaricdən Azərbaycana yönəlmiş təzyiqləri və daxildən “5-ci kolon”un üzvlərinin qurduğu planı pozdu. Ona görə də biz Prezidentə minnətdarlığımızı bildirməliyik. Bizim müxalifət partiyası olaraq etdiyimiz müraciət müsbət sonluqla nəticələndi. Bundan sonra da istərdim ki, Tofiq Yaqublu Əli Kərimovlara, İsa Qəmbərlərə uymasın, Azərbaycan dövlətçiliyinə xidmət etsin. Belə deyək, Azərbaycandakı məmurların diqtəsi ilə işləməsinlər. Aydındır ki, dövlətimizdə nöqsanlar da var, məmur özbaşınalığı da var, qanun və hüquq pozuntuları da var. Bunların aradan qaldırılmasına birlikdə nail olacağıq. Ona görə də, sevinirəm ki, ölkə Prezidenti Azərbaycanın başının üstünü bürümüş xarici və daxili tələyə düşmədi. Çox ağıllı şəkildə və düşünülmüş şəkildə davrandı. Tofiq Yaqublu azadlığa çıxdı və düşmənlər sevinmədi. Prezident böyük oyun qurulduğunu gördü, Azərbaycanın “5-ci kolon”u tərəfindən düşünülmüş plan olduğunu gördü. Həmin planı pozmaqdan ötrü əlindən gələni etdi və nəticədə humanist addım atdı. Baxmayaraq ki, Tofiq Yaqublu ilə əks fikirdə olan adamlarıq, amma mən onun azadlığa çıxmasına sevinirəm.  O da bilməlidir ki, vaxtilə onun tənqid etdiyi, təhqir etdiyi insanlar onun azadlığa çıxmasından ötrü cənab Prezidentə dəfələrlə müraciət etdilər. Dövlət başçısı Azərbaycan ictimaiyyətinin, ziyalılarının, partiya sədrlərinin fikirlərini nəzərə alaraq, Tofiq Yaqublunu ev dustaqlığına buraxdı. Tofiq Yaqublu da öz növbəsində bundan sonra gərək Azərbaycan xalqına, Azərbaycan dövlətinə xidmət etsin.

 

No description available.

H.Hacıyev, Tofiq Yaqublunun mənsub olduğu partiyanın, təmsil olunduğu düşərgənin və onun rəhbərlərinin siyasətçinin azadlığa çıxmasından ötrü Prezidentə müraciət etməməsinə də toxunub:

“Azərbaycan ictimaiyyəti, bütün partiyalar, müəyyən deputatlar Prezidentə müraciət etdilər. Amma Tofiq Yaqubluya görə Əli Kərimli, İsa Qəmbər və Arif Hacılı bu müraciətə qoşulmadılar. Onların məqsədi o idi ki, Tofiq Yaqublu həbsdə aclıq aksiyası keçirməklə özünü öldürsün və bunlar Azərbaycan dövlətinə qarşı xaricdən təşkil olunmuş bu planın icraçısı olsunlar. Bu məsələ Ramiz Mehdiyevin, onun cib müxalifəti olan Əli Kərimlinin də əli var idi. Onlar bu gün Tofiq Yaqublunun azadlığa çıxmasına sevinmirlər. Bu gün Tofiq Yaqublunun özünün partiyası onun azadlığa çıxmasından ötrü Prezidentə müraciət etmirsə, bu, artıq hər şeyin ortada olduğunu göstərir. Bunu kim nəyə yozur-yozsun. Məsələn, Yeni Azərbaycan Partiyasından da bu barədə xoş söz gəlmədi, Prezidentə dəstək olmadı. Amma dövlət başçısı ziyalıların, medianın, partiya sədrlərinin fikrini nəzərə aldı və təhlil edərək məsələnin qurulmuş oyun olduğunu gördü və ssenarini pozaraq Tofiq Yaqublunu azadlığa buraxdı. İndi bu oyunu quranlar bundan sonra fikirləşməlidir ki, nə qədər böyük qəbahətə yol veriblər. Bu şəxslər Azərbaycan dövlətinə, Azərbaycan xalqına düşməndilər. Bu gün işğal olunmuş torpaqların azad olunmasın məqsədilə ortaya qoyulan mövqeyə kölgə salmaqdan ötrü Tofiq Yaqublunun həbsdə öldürülməsinə nə ehtiyac var idi? Ramiz Mehdiyevin uzun illərdir cibində yetişdirdiyi ana müxalifət bu gün Ramiz Mehdiyevin tapşırığı ilə Tofiq Yaqublunun azadlığa çıxmasından ötrü Prezidentə müraciətə imza atmadı. Bu, artıq hər şeyi deyir. Biz bundan nəticə çıxarmalıyıq”.

Əvvəlki yazı

Tovuzun düşmənlə ən yaxın kəndinə yol çəkilir – Foto

Sonrakı yazı

Dilqəm Əsgərovun oğluna 149 min manat ödəniləcək

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.