“The Washington Post”un İranda həbsdə olan müxbiri:”Dedilər, ABŞ bizə istədiyimizi verəndə, səni buraxacağıq”

9 Yanvar 2019 - 11:04
105 oxunma

“The Washington Post” qəzetinin 18 ay İranda həbsdə saxlanmış müxbiri ABŞ-da məhkəmədə ifadə verib. Ceyson Rezayan yanvarın 8-də deyib ki, o, nüvə danışıqlarında Vaşinqtona təzyiq göstərməkdən ötrü saxlanıb.

Jurnalist Tehrana qarşı bir neçə milyon dollarlıq iddia üzrə keçirilən prosesdə deyib ki, casusluq etdiyini onun boynuna qoymaq istəyiblər. Rezayanın deməsinə görə, müstəntiqlər ona deyiblər ki, amerikalılar bizə istədiyimizi verəndə buraxılacaq.

Atası iranlı, anası amerikalı olan Rezayanın ikili vətəndaşlığı var. O, həbs olunan zaman qəzetin Tehran bürosunun rəhbəri idi. İran hökuməti ikili vətəndaşlığı tanımır, belə şəxsləri adətən casusluqda ittiham edir.

2014-cü il iyulun 22-də saxlanmış Rezayan həbsdə 18 ay yatıb, onun 50 gününü təkadamlıq kamerada keçirib. O, 2016-cı il yanvarın 16-da buraxılıb. Jurnalist İranla Birləşmiş Ştatlar və digər ölkələrin imzaladığı nüvə sazişi qüvvəyə minən gün məhbus mübadiləsi çərçivəsində azad olunub.

Onun həyat yoldaşı Yeganə Salehi iki ay saxlanıb. Rezayan hazırda Vaşinqtonda yaşayır, qəzet üçün məqalələr yazır. İran hökuməti jurnalistin iddiasına rəsmi münasibət açıqlamayıb.

(Azadlıq radiosu)

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"