Teymur Rəcəbov Dünya Kubokunun qalibi oldu (YENİLƏNİB)

4 Oktyabr 2019 - 20:31
411 oxunma
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun finalında mübarizəni başa vurub.
Reportyor.info xəbər verir ki, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə bu gün 6 “tay-breyk” görüşü keçirib.
İlk duel 64, ikinci 40, üçüncü 41, dördüncü isə 30 gediş davam edib. Bütün görüşlər heç-heçə bitib.  5 “tay-breyk” görüşündə isə Teymur Rəcəbov qələbə qazanıb. Görüş 76 gediş davam edib.
6-cı “tay-breyk” həlledici olub. Teymur Rəcəbov çinli rəqibi ilə bu dəfə ağ fiqurlarla üz-üzə gəlib. Görüş heç-heçə yekunlaşıb və Azərbaycan təmsilçisi Dünya Kubokunun qalibi olub – 5,5:4. Teynur Rəcəbov Dünya Kubokunun sahibi olan ilk şahmatçı kimi ölkə idmanının tarixinə düşüb.
Qeyd edək ki, final mərhələsində ümumi hesab bərabər olduğu üçün (2:2) “tay-breyk” oynanılıb. Yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanıb. Teymur Rəcəbovla Dinq Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"