01-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Tanınmış sahibkar “Bank of Baku”nu onun şirkətinə qarşı saxtakarlıq etməkdə günahlandırıb

11 Mart 2018, 15:48
Seçmə
A A
Tanınmış sahibkar “Bank of Baku”nu onun şirkətinə qarşı saxtakarlıq etməkdə günahlandırıb

Azərbaycanın tanınmış sahibkarlarından biri, iri şərab istehsalçısı olan “Tovuz-Baltiya”nın sahibi Naiq Məhəmmədhəsənov “Bank of Baku”nu onun şirkətinə qarşı saxtakarlıq etməkdə günahlandırıb

Sahibkar bildirib ki, bir qədər əvvəl “Tovuz Baltiya” şirkəti “Bank of Baku”nun xətti ilə Sahibkarlığa Yardım Fondundan güzəştli kredit göütürüb. Kreditin şərtlərində ilk iki ilin güzəştli (həmin müddətdə kredit üzrə yalnız faizlər ödənilir) olması nəzərdə tutulsa da, “Bank of Baku” artıq 7 aydan sonra kredit üzrə gecikmə olduğunu bildirərək şirkətə faizlər hesablamağa başlayıb: “Biz krediti 5 illik götürmüşük, bunun ilk iki ili güzəştli idi. Amma bunlar hələ 6 ay tamam olmadan, bizim guya krediti gecikdirdiyimizi bildirərək hesablarımızdan qanunsuz pul çıxmağa başlaıblar”.

N.Məhəmmədhəsənovun sözlərinə görə, bu vəziyyətdən sonra şirkətin hesablarından iri məbləğdə vəsaitlər tutulmağa başlayıb: “Onlar heç br sərəncam olmadan, tamamilə özbaşına olaraq, hesablarımızdan 350 min manat, 200 min manat və sair məbləğlərdə pullar siliblər”.

Cavabında “Tovuz Baltiya” şirkəti “Bank of Baku”nu məhkəməyə verib və ilk ki instansiyada ona qalib gəlib. Ali Məhkəməyə qədər davam edən məhkəmə çəkişməsində işin yenidən araşdırılması qərara alınıb: “Məsələ 510 gün araşdırılıb, hələ yenə araşdıracaqlar, baxmayaraq ki, əlimizdə 4 ekspert rəyi var. Əslində Ali Məhkəmə o qətnaməni qüvvədə saxlamalı idi.”

Dünyanın 10-dan artıq ölkəsinə məhsullarını ixrac edən şirkətin rəhbəri bildirir ki, bu hadisədən sonra «Bank of Baku» ilə əməkdaşlığı birdəfəlik dayandırıb və tanıdığı iş adamlarına həmin bankla əməkdaşlıq etməməyi tövsiyə edib: “Müştərinin mənafeyini qorumayan bankla əməkdaşlıq etmək yersizdir”. Ən maraqlısı odur ki, həmkarları N.Məhəmmədhəsənovun “Bank of Baku” il əməkdaşlığına təəccübləniblər: “Mən deyəndə ki, həmin bankın müştərisiyəm, onlarla işləyirəm, mənə gülürlər, bildirirlər ki, bu ən dələduz bankdır”.

“Tovuz Baltiya”nın rəhbəri bildirir ki, “Bank of Baku” ilə məhkəmə çəkişməsi onun biznesinə və xaricə mal ixracı ilə bağlı fəaliyyətlərə böyük maneələr yaradıb: “Bu məhkəməyə görə bizim vəsaitlərimiz araşdırılır, pullarla əməliyatlarımıza çətinliklər yaradılır və s. Nəticədə vaxtımız itirilir, xaricə çıxa bilmirik, qonaq dəvət edə bilmirik və s.” (FED.az)

Əvvəlki yazı

ABŞ qırıcısının UNO-nu yaxalama anı – VİDEO

Sonrakı yazı

Millət vəkili Qənirə Paşayeva “İlin İşgüzar Xanımı” mükafatına layiq görülüb

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.