13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Taleh Qaraşovun “ofşor şirkəti” – “Cənub-2000”lə icra başçısını bağlayan nədir?

22 Fevral 2021, 08:45
Araşdırma, Manşet
A A
Taleh Qaraşovun “ofşor şirkəti” – “Cənub-2000”lə icra başçısını bağlayan nədir?

Lənkəran Şəhər İcra Hakimiyyəti “Cənub-2000” MMC ilə müqavilə imzalayıb.Reportyor.info xəbər verir ki, maliyyə dəyəri 17 486.97 AZN olan müqavilədə güşələrin yaradılması nəzərdə tutulur. Hansı güşələrin yaradılması bəlli deyil. Müqavilənin şərtlərində bu barədə hər hansı qeyd yoxdur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Cənub-2000” MMC 5 iyul 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Masallı rayonunun Şıxlar kəndidir. MMC-nin qanuni təmsilçisi isə Mirzəyev Qadir Nüsrət oğludur.
Araşdırmalarımız zamanı bəlli olub ki, Masallı rayonunun Şıxlar kəndində daha bir neçə şirkət qeydiyyatdadır. Bunlar “Masal-994” MMC, “Dalğa-AA” MMC və “Adil-Mübariz” Tam Ortaqlıq Müəssisəsidir. Bu şirkətlərin hamısı cənub rayonlarının yerli hakimiyyət orqanlarının keçirdiyi tenderlərin qalibi olur.
Konkret olaraq “Cənub-2000” MMC-yə gəlincə, bu şirkət 2010, 2011, 2013 və 2016-cı illərdə Masallı, Lənkəran, Beyləqan, hətta Qəbələ, İsmayıllı rayonlarında keçirilən 37 tenderin qalibi olaraq 2 milyon 382 709,34 manatlıq sifariş əldə edib. 10 manatlıq şirkətin iri məbləğli tenderlərin qalibi olması şübhə doğurmaya bilməz. Digər tərəfdən, hansısa səbəbdən Şəhər İcra Hakimiyyəti tez-tez bu şirkətə müarciət edir.
Məsələn, 2019-cu ilin yanvar-oktyabr aylarında Lənkəran rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 3 milyon 350 min 44 manat olan 45 tender keçirilib.
Tenderlərin ümumi məbləğinə görə ən böyük məbləğ Lənkəran şəhər Icra Hakimiyyətinin keçirdiyi tenderdə qeydə alınıb. İcra Hakimiyyəti ümumilikdə 2 milyon 218 min 859 manat məbləğində 9 tender müqaviləsi bağlayıb. Bu tenderlərdən 6-nı “Cənub-2000” MMC şirkəti udub.
Onu da qeyd edək ki, “Cənub-2000” MMC-nin qanuni təmsilçisi əvvəl Səfərov Elnur Elşad oğlu olub.
Bəzi iddialara görə, Lənkəranın icra başçısı Taleh Qaraşovla “Cənub-2000” MMC arasında iş ortaqlığı var. Bu iddiaların nə qədər əsaslı olduğunu deyə bilmərik. Amma Taleh Qaraşovun 10 manatlıq, özü də şübhəli tenderlərdə istifadə olunan şirkətə iri dövlət layihələrini etibar etməsinin məntiqini anlamaq çətindir.

Əvvəlki yazı

Bakıda kriminal: Bir ailənin 3 üzvü vuruldu

Sonrakı yazı

Yer kürəsinə nəhəng asteroid yaxınlaşır

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.