TƏBİB ona məxsus koronavirus dərman paketlərinin apteklərdə satılması ilə bağlı “Avromed”i hədəfə çıxardı.
Reportyor.info xəbər verir ki, qurum məsuliyyəti üzərindən atmaq üçün dərman şirkətini ittiham etdi. Bu açıqlama “Avromed tərəfindən qəzəblə qarşılanıb və iddialara görə, məsələ ciddi şəkildə dartışılıb.
Qurumdan bildirilib ki, sözügedən paketlər TƏBİB-ə aid deyil, “Avromed Company” MMC-nin şəxsi təşəbbüsü ilə hazırlanıb.
Lakin paketlərin hazırlanması zamanı anbar əməkdaşları tərəfindən yanlışlığa yol verilib.
Şirkət əməkdaşı paketləmə zamanı yanlışlıqla dərman paketinin içərisinə “Avromed Company” MMC-nin deyil, anbarda nümunə üçün hazırlanmış TƏBİB-ə məxsus fleyerləri yerləşdirib.
Əvvəla, TƏBİB-in fleyerləri “Avromed”in anbarında nə gəzirmiş?! İkincisi, adıçəkilən dərman firması koronavirus xəstələri üçün dərman paketi hazırlamır və satışda yoxdur. Sadəcə, qurum özünü sudan quru çıxarmaq naminə şirkəti “günah keçisi” adlandırıb.
Buna isə daha çox əlbir olaraq xalqa pulsuz verilməli olan dərman paketlərinin biznesinin qurulması demək daha yaxşı olardı. Faktiki, TƏBİB və “Avromed” işbirliyinə gedərək xalqdan pul qazanır.
Sadəcə, işin üstü açılıb və ört-basdır etmək üçün yola verirlər. “Avromed” isə təkcə bu paketlərin deyil, “Abridol”, “Favipravir” kimi antiviral dərmanların sabotajı ilə məşğuldur.
Apteklərdə bu dərmanın süni şəkildə qıtlığı yaradılıb, qiymətlər 20-25 dəfə bahalaşdırılıb, “qara bazar”da fantastik qiymətə satışa buraxılıb. Xatırladaq ki, “Avromed”in əsas sahibi deputat Cavanşir Feyziyevdir.
Reportyor.info