06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

““Təzadlar”ın “qara siyahı”ya salınması vətəndaşların şikayəti ilə bağlıdır” – Mətbuat Şurası

05 Mart 2019, 11:26
Cəmiyyət
A A
““Təzadlar”ın “qara siyahı”ya salınması vətəndaşların şikayəti ilə bağlıdır” – Mətbuat Şurası

Martın 1-də Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə və Apellyasiya Komissiyalarının birgə iclası keçirilib. İclasda “Təzadlar” qəzetinin adı yenidən Şuranın “qara siyahı”sına daxil edilməsi ilə bağlı qərar qəbul edilib.

“Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili iddia edir ki, onun qəzetinin yenidən qara siyahıya salınmasının əsas səbəbkarı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektorudur. Modern.az məsələyə aydınlıq gətirmək üçün Mətbuat Şurasının (MŞ) “Reket jurnalistika”ya qarşı mübarizə komissiyasının sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ilə əlaqə saxlayıb.

V.Rəhimzadə bildirib ki, “Təzadlar” qəzeti ilə bağlı Mətbuat Şurasına UNEC-in rektoru tərəfindən heç bir müraciət daxil olmayıb: “Mətbuat Şurasına “Təzadlar” qəzeti ilə bağlı millət vəkil Bəxtiyar Əliyevin bir neçə seçicisi və başqa vətəndaşlar tərəfindən şikayət göndərilib. Azərbaycan Dövlət İqtisad Universitetinin İctimai Nəzarət Şurası da bu qəzetdən şikayət edib. Ümumiyyətlə, son günlər “Təzadlar”dan Mətbuat Şurasına çoxsaylı şikayətlər daxil olub. Biz “Təzadlar”ın baş redaktoru Asif Mərziliyə xəbərdarlıq etdik ki, şikayətlər var, bu tipli yazıların çapı araşdırılana qədər dayandırılsın. Çünki bir mətbu orqan 1 nəfər barədə davamlı olaraq 20 yazı dərc edirsə, burada mütləq qərəz var. Şikayətlər komissiyasının iclasından sonra yenə bu proses davam elədi. Sonradan Şikayətlər Komissiyası məsələni “Reket jurnalistika”ya qarşı Mübarizə Komissiyasına və Apellasiya Komissiyasına yönəltdi. Bizdə belə bir qayda var, əgər dəlilli şikayət daxil olarsa, yenidən həmin mətbu orqan “qara siyahı”ya salınır. Mart ayının 1-də hər iki komissiyanın birgə iclası keçirildi. Məlum oldu ki, Şikayətlər Komissiyasının xəbərdarlıq etməsinə baxmayaraq, “Təzadlar” qəzetində qərəzli yazılar mütəmadi şəkildə dərc edilib. Beləliklə, qərara aldıq ki, burada məqsəd var, qərəz var. Ona görədə biz o qəzeti “Qara siyahı”ya saldıq”.

Mətbuat Şurasının (MŞ) sədr müavini Müşfiq Ələsgərli isə bildirib ki, qurumun Nizamnaməsinə əsasən, bir qəzetin adı “qara siyahı”ya salınırsa və 1 il müddətində fəaliyyətində dönüş yaranırsa, həmin mətbu qurum bu siyahıdan çıxarılır: “Nizamnaməyə əsasən “qara siyahı”dan çıxarılmış KİV qurumu yenidən əsaslı bir şikayət doğuran səhvə yol verərsə, ondan yenə şikayət olunarsa, müzakirə keçirilmədən onun adı yenidən “qara siyahı”ya salınır.

Asif Mərzilinin qəzetinə gəlincə 2018-ci ilin sonuncu rübü ərzində bu qəzetdən Mətbuat Şurasına bir neçə ünvandan çoxsaylı şikayətlər olundu. Şikayətlər Azərbaycan Dövlət İqtisad Universitetinin İctimai Nəzarət Şurası, millət vəkili Bəxtiyar Əliyevin seçiciləri və digər 6-7 qurumdan olmuşdur.

Materialların çoxluğunu nəzərə alaraq biz “Təzadlar”ın baş redaktoru Asif Mərziliyə müraciət etdik. Xahiş etdik ki, bu cür yazılara bir müddət ara versin, biz araşdırma aparaq. O, bizimlə razılaşdı və bildirdi ki, araşdırma aparılsın. Razılaşmanın səhəri günü Asif müəllim yenidən həmin materilalları öz qəzetində dərc etdi. Onun bu hərəkətindən belə qənaətə gəlmək olar ki, burda xüsusi bir maraq var. Əgər maraq yoxdursa, o razılaşmaya əməl etməli idi. O bizi 1 həftə ərzində gözləməli idi ki, biz şikayətləri araşdıraq. Ona görə də biz qərara gəldik ki, məsələni “Reket jurnalistika”ya qarşı Mübarizə Komissiyasına yönləndirək. Onlar daha geniş araşdırsınlar. Bu arada da materiallar yenə səngimədi və davamlı xarakter daşıdı. Belə olan halda apellasiya qrupunun ixtiyarı var ki, onu avtomatik olaraq yenidən “qara siyahı”ya daxil etsin”.

Əvvəlki yazı

11 yaşlı qız intihar edib

Sonrakı yazı

“Həbsdə də olsam Qarabağı qaytarmağa imkan verməyəcəm…” – KÖÇƏRYAN

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.