Ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində daha bir mülki şəxs həyatını itirib. Reportyor.info-nun verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin atdığı top mərmisi Tərtər şəhəri, Üzeyir Hacıbəyov küçəsində yaşayış evinə düşüb. Nəticədə ev sahibəsi Aynur Mehdiyeva həlak olub.