16-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Tərtərin icra başçısı yarımçıq ruscasıyla hərbi sirləri belə yaydı – VİDEO

25 Dekabr 2018, 10:51
Uncategorized
A A
Qaçqın evini, şəhid liseyini satan, rusca “çırtlayan” məmurun tender gizlinləri -Tərtər/Video

Azərbaycanlı məmur Rusiyalı jurnalistlə müsahibəsində hərbi sirr sayılan məlumatları açıqlayıb. Yenicag.ru-nun məlumatına görə, Rusiyalı telejurnalistlə söhbətində hərbi sirləri faş edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov sosial şəbəkələrin “ulduz”una çevrilib.
Azərbaycanlı məmurların bir çoxunun intellektual səviyyəsinin yetərli olmaması bəzən hətta dövlət sirri sayılan məlumatların yayılması ilə nəticələnir. Bunun bariz nümunəsi kimi, Rusiya telekanallarından birinə müsahibə verən Tərtərin icra başçısı Müstəqim Məmmədovu göstərə bilərik. Məmmədov rusiyalı telejurnalistlə 10 dəqiqəlik söhbətində düşmənlə üz-üzə dayanan Tərtərin bütün infrastruktur xəritəsini “cızıb”.
Xatırladaq ki, 2016-cı ilin məlum Aprel döyüşləri zamanı Tərtər ermənilərin əsas hədəflərindən biri idi və düşmən artilleriyasının oraya vurduğu ziyan digər rayonlarla müqayisədə bir neçə dəfə çox idi. Tərtərin cəbhə zonasında Azərbaycan Ordusunun əsas dayaq nöqtələrindən biri olmasına baxmayaraq, Məmmədov rəhbərlik etdiyi strateji əhəmiyyətli rayonun bütün sirlərini Rusiyalı jurnalistə ardıcıllıqla açıqlayır: rayonda son illərdə hansı obyektlər tikilib, Aprel döyüşləri vaxtı erməni mərmiləri hansı ərazilərə düşürdü, həmin döyüşlərdən sonra hansı obyektlər əsaslı təmir edilib və sair. Bir sözlə, Məmmədov cəbhə xəttindəki Tərtərə nə məqsədlə gəldiyi dəqiq bilinməyən Rusiyalı telejurnalistlə söhbətində rayonun zərbə endirilə biləcək bütün koordinatlarını dəqiqliklə göstərəcək qədər “irəli gedib”.
Xarici telejurnalistin cəbhə zonasındakı rayondan reporaj hazırlamasına hansı səviyyədə icazə verildiyi və Məmmədovun pozuq rus dilində rayonun sirlərini faş etməzdən əvvəl kiminlə məsləhətləşdiyi məlum deyil. Bütün hallarda hesab edirik ki, bütün bu məsələlər Azərbaycan xüsusi xidmət orqanlarının, xüsusilə, hərbi kəşfiyyat qurumunun nəzarəti altında öz həllini tapmalıdır.
Çox təəccüblüdür ki, yerli KİV təmsilçilərinin cəbhəyanı rayonlardan reportaj hazırlamaq istəyi yerli icra hakimiyyəti orqanları tərəfindən əksər hallarda rədd edilir. Jurnalistlərin bu vəziyyətdə hətta yerli sakinlərdən açıqlama almaq cəhdlərinin də qarşısı alınır. Məmurların əsas “arqument”ləri bundan ibarət olur ki, açıqlamanın tərkibində məxfi məlumatlar da yayıla bilər. Cəbhəyanı rayonların icra hakimiyyətlərinin başçıları və onların müavinləri isə yerli jurnalistlərlə görüşüb-söhbətləşməkdən
birmənalı şəkildə imtina edirlər.
Belə olan halda məntiqi sual yaranır: xarici jurnalistə Tərtərdən material hazırlamasına kim və hansı məqsədlə icazə verib? Eyni zamanda, Müstəqim Məmmədov Tərtər kimi strateji əhəmiyyətli rayonun sirlərini faş etmək göstərişini kimdən alıb?
Onu da qeyd edək ki, Aprel döyüşlərindən sonra Tərtər rayon icra başçısı nədənsə Prezident tərəfindən rəhbər təyin olunduğu rayonda deyil, qonşu rayonda gecələməyə üstünlük verir. Belə ki, o, gündüzləri Tərtərdə, gecələri isə Yevlaxda qalır.

Əvvəlki yazı

Bakı Polisi reydlərə başladı –Xeyli sayda partlayıcı oyuncaq və pirotexniki vasitə aşkarlandı

Sonrakı yazı

İqbal Ağazadə “Ümidinizdən iki 50 yapışın” filmində – Video

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.