04-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Tərəfdarlarımı trol adlandıranlar çox yanılırılar” – İqbal Ağazadə

29 İyun 2020, 15:18
Siyasət
A A
“Tərəfdarlarımı trol adlandıranlar çox yanılırılar” – İqbal Ağazadə

Ümid Partiyasının sədri İqbal Ağazadənin Yenisabah.az-a müsahibəsi: 

– İqbal bəy, karantin rejimi fəaliyyətinizə necə təsir göstərir? Təşkilatlanma işi davam edirmi? Sıralarınıza yeni üzvlər qoşulubmu? 

– Fəaliyyətimizi onlayn şəkildə davam etdiririk. Üzvlük də onlayn həyata keçirilir. Karantin dövründə partiyamızın 182 nəfər üzv qəbul olunub.

– Ümid Partiyasının üzvləri arasında koronavirusa yoluxan varmı? 

– Təəssüf ki, bəli. Onlar hazırda müxtəlif xəstəxanalarda müalicə alırlar. Bakıda, həmçinin Balakəndə xəstəxanada olanlarımız var. Təxminən 10-a yaxın üzvümüz koronavirusa yoluxub. Maddi və mənəvi cəhətdən əlimizdən gələn köməkliyi edirik. Bildirim ki, aralarında sağalan da olub.

– Deyirlər ki, pandemiya dünyanın siyasi düzənini dəyişəcək. Sizcə, bu dəyişikliklər nədən ibarət olacaq?

– Hesab edirəm ki, ilk olaraq münasibətlər sistemi dəyişəcək. Hər kəs artıq qəbul etməyə başlayıb ki, bu münasibətlər sistemində yeni dünya düzəni qurmaq mümkün deyil. Ona görə də pandemiya yeni dəyərlər sistemi gətirəcək və yaxud da köhnədən olan dəyərlər sisteminin yeni formasını üzə çıxaracaq. Bu proses baş verdikdən sonra artıq dəyərlərə münasibətlər formalaşdırılacaq.

– Yəqin ki, Azərbaycan da bu dəyişikliklərdən kənarda qalmayacaq. Siz ölkədə hansı dəyişikliklərin olacağını ehtimal edirsiniz? 

– Azərbaycanda vəziyyət biraz çətindir. Çünki hakimiyyət və müxalifət yanaşmaları ənənəvi qaydalardan biraz kənardır. Amma biz çox istərdik ki, Azərbaycanda da hakimiyyət və müxalifət, cəmiyyət və iqtidar münasibətləri yenilənsin. Azərbaycan yeni, gerçək islahatlar və dialoq mərhələsinə başlasın. Dialoq mərhələsində konkret məsələlər müzakirə olunsun. Cəmiyyəti, müxalifəti-bütövlükdə ölkəmizi narahat edən məsələlər dialoq masasına çıxarılsın və öz həllini orada tapsın. Biz artıq sosial şəbəkələr və yaxud KİV-dən mövqeyini ifadə edən, bir-birinə sərt münasibət göstərən tərəflər yox, Azərbaycanın gələcəyi üçün xoş münasibət sərgiləyən, problemlərin həllində birgə fəaliyyət göstərən tərəflər istəyirik. Azərbaycanda artıq Konstitusiya islahatları olmalıdır, Seçki Məcəlləsində, o cümlədən idarəetmədə islahatlar yeni mərhələyə qədəm qoymalıdır. Demokratik seçkilər keçirilməlidir. Ümumilikdə isə düşünürəm ki, bütün sferalarda virusun təsiri qaçılmazdır. Gərginləşən psixoloji vəziyyət münasibətlərə təsir edir, onlar da gərginləşir. Çalışmaq lazımdır ki, bu təsirin dövlətimizə, xalqımıza ziyan vuracaq tərzdə olmasının qarşısını alaq. Bunun cəmiyyətə, bütövlükdə dövlətə sirayət etməsinə imkan verməyək.

– İqbal bəy, seçki prosesi arxada qalsa da, rəqiblərinizlə qarşılıqlı ittihamlar hələ də davam edir. Bu namizəd olduğunuz dairədən nəticələrin ləğv olunması ilə əlaqədar ola bilərmi? 

– Bizim bu məsələdə rəqibimiz yoxdur, seçkini udmuşuq. Sadəcə, bizim xeyrimizə olan nəticələr dəyişdirilib. Sonra da Mərkəzi Seçki Komissiyası nəticələri ləğv edib. Ona görə keçmişə baxmadan yolumuza davam edirik. Bizim üçün seçki prosesi arxada qalıb və rəqiblər anlayışı da yoxdur. Biz seçici səsi almağa çalışırıq. O səsi almaqda da bizim heç bir problemimiz yoxdur.

– Bəs partiyadaşlarınızın bu qarşılıqlı ittihamlarda aktiv iştirak etməsini necə qiymətləndirirsiniz? 

– Onlar sadəcə həqiqətin tərəfində olanlardır. Həqiqətin tərəfində olanların hamısı isə bizim tərəfdarlardır. Mən heç kimə nəyisə deməsi və ya deməməsi ilə bağlı müraciət etməmişəm, edə bilmərəm. Onların şəxsi mövqeyidir və onu ifadə edirlər. Həm də yəqin ki, danışan şəxsləri danışmağa vadar edən səbəblər olur. Adamlara yenidən köhnə dövrə qayıtmaq üçün səbəb verilməməlidir.

– Rəqib hesab etmədiyiniz şəxslər dəfələrlə açıq şəkildə dilə gətiriblər ki, sizin güclü trol ordunuz var. Bu haqda nə düşünürsüz? 

– Mənim tərəfdarlarımı trol adlandıranlar çox yanılırlar. Onların heç biri trol deyil. Hər kəs öz imzası, adı ilə yazır. Trol nədir? Trol o adama deyirlər ki, o, saxta profil yaradır. Şəxs öz profili ilə fikrini yazırsa, niyə trol olmalıdır? Adamlar sadəcə mövqe qoyur. Cəmiyyət gəlib o yerə çatıb ki, adamların mövqe bildirməsinə qəribə baxırlar. Hesab edirlər ki, adamlar mövqe bildirməməli, susmalı, hətta qorxmalıdırlar. Bəziləri isə baş verən proseslərə susmaq istəmirlər. Bizim ümumiyyətlə, trol anlayışımız yoxdur. Elə fikrimiz də yoxdur. Biz Azərbaycan cəmiyyətində istər sosial şəbəkədə, istər informasiya sahəsində yalançı təbliğatın və yalançı şəxslərin əleyhinəyik.

Əvvəlki yazı

Gündə 1 dəfə SMS icazə veriləcək – Rəsmi

Sonrakı yazı

Tüllab Sərraf kimdir? – Şok iddia/Foto

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.