Şuşanın Daşaltı kəndindəki erməni evlərində günəş batareyaları quraşdırıldı…- Fotolar

27 İyun 2018 - 08:28
105 oxunma
26 ildir ki, Azərbaycan Ordusunun qisas və zəfər yürüşünü gözləyən qədim Daşaltı kəndində ermənilər hələlik bildiklərini edirlər. Kəndin evlərində günəş batareyalarının quraşdırılmasına başlanıb.
Reportyor.info  xəbər verir ki, bu haqda Xankəndidəki separatçı nəşrlər məlumat yayıb.
Ümumerməni “Hayastan” Fondunun Fransa filialının dəstəyi ilə artıq 9 evdə günəş batareyaları işə düşüb. Ümumilikdə 132 ev belə qızdırıcılarla təmin ediləcək.  Eyni zamanda  kənddəki məktəb, uşaq bağçası və şadlıq evində də  belə qızdırıcı sistemlər  quraşdırılacaq. Günəş batareyaları Daşaltında yaşayan ermənilərin həyat şəraitinin yaxşılaşdırılmasına və aylıq xərclərinin azaldılmasına xidmət edəcək.
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"