15-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Suraxanıda “Tutanhamon”: DTX Əziz Əzizovu araşdırsa… – Foto

12 May 2020, 11:36
Banner
A A
Suraxanıda “Tutanhamon”: DTX Əziz Əzizovu araşdırsa… – Foto

…Firon həddini aşmışdı. Onun təkəbbürü və zülmü yerə sığmırdı. Ölkəsində yaşayanlara qəddarlıq edirdi. Bu haqda Quranda yazılıb.

Amma biz neçə minilliklərin tarixini qeyd edirik. Uzaq və qədim Misirdə fironların israil oğullarına etdiyi pislikləri, özbaşınalıqları indi zəmanəmizdə yaşayırıq.

Özü də çox uzaqda deyil, Bakının tən ortasında – Suraxanı rayonunda Misir fironlarının, Tutanhamonun əməllərinin oxşarları baş verməkdədir.

Anaxeber.info-nun əldə etdiyi məlumata görə, Suraxanıya əvvəli tramvay parkının ustası olmuş, sonra alverə girişmiş, son 14 ildə isə 3 rayonda daşı-daş üstünə qoymayan Əziz Əzizovun icra başçısı təyin olunması Misir fironlarının ruhuna az qala rəhmət oxudur.

Əgər qara maskalı xilaskarlar Ə.Əzizovun qaranlıq işlərini təftiş etmək fikrinə düşsələr, gərək onun 3 kabinetində araşdırma aparsınlar. Çünki Ə.Əzizov Suraxanıya qədər də Cəlilabad və Yasamal rayonlarının icra başçısı olarkən hər iki yeri viran qoyub.

İndisə Suraxanıda “Tutanhamonluq” edən icra başçısı gözünə xoş görünən boş nə yer varsa, qarış-qarış satır. Elə sizə təqdim edəcəyimiz foto faktdan görəcəksiniz ki, Suraxanı rayon İH rəhbəri yol kənarını satıb, ərazidə obyekt tikilir.

Deyəsən, Ə.Əzizov “şir ürəyi yeyib”. İlin-günün bu vaxtında, icra başçılarının tək-tək dənlənməsi dövründə ağına-bozuna baxmadan, heç bir tərəddüd etmədən rayonun yol qıraqlarını da satmağa başlayıb.

Onun bu işləri Yasamalda axıra qədər reallaşdırmaq imkanı olmadı və indi Suraxanıda “fironluq” etməkdədir. Suraxanı mərkəzi rayon olmadığına görə, İH başçısı burada daha arxayın hərəkət edir. Şəkildən də görünür ki, yol kənarı hansısa iş adamına satılıb.

Bunu isə heç bir sahibkar Suraxanı İH rəhbərinin sərəncamı və razılığı olmadan edə bilməz. Ümumiyyətlə, qanunla yol kənarını satmaq olmaz. Ancaq özü 2006-cı ilə qədər sahibkarlıqla məşğul olduğu üçün (guya indi nə edir ki) Əziz Əzizova sökmək, satmaq, tikmək adi haldır. Məlumatlara görə, rayona rəhbər təyin ediləndən satmadığı, dağıtmadığı ərazi qalmayıb.

Belə ki, Ə.Əzizov  II qrup əlil Əliyev Ələkbərə bağışlanan dükanı sökdürüb, yeksan etdirib. Sabiq mer Hacıbala Abutalıbovun əlilə verdiyi dükanı uçurdan icra başçısı guya qanunsuz tikilini dağıtdırır, digər tərəfdən qanunsuzluq edərək yol kənarını satıb.

Anaxeber.info mediada gedən məlumatlara, Suraxanıdakı mənzərəyə və öz qohumlarını İH-də işə götürməsinə əsasən bildirir ki, Dövlət Təhlükəsizlik Xidmətinin Ə.Əzizovun fəaliyyətini də yoxlamağa ciddi zərurət var.
Rayonun yolları bərbad, abadlıq işləri həyata keçirilmir, binaların, məhəllələrin problemlərinin həllində irəliləyiş yoxdur, icra başçısı sakinlərin şikayətlərinə baxmır.

Bunun nəticəsidir ki, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, Abbas Fətullayev küçəsi, AB yaşayış sahəsi, ev 127 M. 97 ünvanda yaşayan sakinlər şikayətçi idilər. Sakinlər – Hacıyeva Fəridə Şahmirzə qızı, Balallıyeva Günay İkram qızı, İmanova Nərgiz Rəsul qızı, Hacıyev Elşad Canəli oğlu, Hacı Elşən Elşad oğlu, İmanova Xırda Səlimxan qızı yaşadıqları binada qanunsuz tikintinin dayandırılmasını xahiş etmişdilər.

Belə ki, yaşadıqları binanın birinci mərtəbəsində iş adamlarından biri obyekt tikdirir və obyekt binanın önünü, dam örtüyü isə yaşayış binasının eyvanının qarşısını kəsib. Bundan başqa, Suraxanının Bahar qəsəbəsi sakinləri media tv-yə bildirmişdilər ki, icra başçısı Əziz Əzizov, bacısı oğlanları və yaxın qohumları rayonu viran qoymaqdadır.

Onların sözlərinə görə, prezidentin anti-korrupsiya ilə mübarizəsini, DTX-nın keçirdiyi uğurlu əməliyyatları, icra başçılarının rüşvətxor əməllərinin ifşasını vecinə almayan Əzizov və yaxınları Bahar qəsəbəsində satmadıqları yer qalmayıb.

Qəsəbənin torpaqlarını satmaqla varlanan Ə.Əzizovun kabinetindən keçmiş həmkarı Vilyam Hacıyevin evində olduğu kimi, paçka-paçka avrolar çıxarsa, təəccüb doğurmaz.

Qeyd edək ki, Ə.Əzizov sabiq komitə sədri Kərəm Həsənovun adamıdır. Həsənovla-Əzizovun Yasamal ərazisində böyük biznesi, tikintiləri var. Eyni zamanda Cəlilabada qədər bu biznes imperiyası uzanır. Lakin Ə.Əzizovun gözü doymur, Suraxanını da satır və dövlət rəhbərliyinin son islahatlarının əleyhinə fəaliyyətini davam etdirir.

Yeri gəlmişkən, Ə.Əzizov prezidentin ona göstərdiyi etimaddan sui-istifadə edərək paytaxtın ən strateji rayonlarından olan Yasamalı tar-mar eləməkdə, əraziləri qarış-qarış satmaqda, onunla hesablaşmayan sahibkarların obyektlərini uçurmaqda, vətəndaşları qanunsuz şəkildə küçəyə tökməkdə, yerlərini iş adamlarına peşkəş eləməkdə usta məmurlardan biri idi.

Məsələn, Şərifzadə küçəsində məcburi köçkünlərin yerləşdiyi mülkləri darmadağın etdirmiş, onlara sığınacaq vermədən yaşadıqları yeri bir biznesmenə satan Ə.Əzizov ciddi şəkildə narazılıq oyatmaqdaydı. Amma Kərəm Həsənov onu qorudu və təqdimatını elə verdi ki, işsiz qalmadı, Suraxanıya göndərildi.

Məsələn, yeddi övlad atası, üç oğlu ön cəbhədə olan iş adamı Nazim Dünyamalıyev də Ə.Əzizovun qurbanlarından biri idi. Onun Yasamaldakı obyekti heç bir əsas göstərilmədən sökülmüş, 7 uşaq atası çörəksiz qoyulmuşdu.

Dünyamalıyev deyirdi ki, Ə.Əzizov onun əmlakını yerlə-yeksan etdirdi, amma Yasamal parkını sata-sata gedirdi. Bütün bunlar göstərir ki, həbs edilən icra başçıları tək deyillər, yerli idarəetmədə korrupsiyaya bulaşan, əmlakları talayan, qəsb edən, sahibkarları və vətəndaşları incidən icra başçıları hələ çoxdurlar və hər bir rayonda sakinlər qara maskalı oğlanın yolunu intizarla gözləyirlər…

Əvvəlki yazı

KXCP sədri: “Zakir Qaralov Kürdəxanıya göndərilməli idi”

Sonrakı yazı

Kürəkəni: “Ramiz Mehdiyevlə axşam görüşmüşəm”

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.