Suraxanı RİH-dən biabırçılıq – Video

7 Oktyabr 2019 - 15:43
85 oxunma

Küçədə meyvə satan şəxsə maddi ziyan vuran icra hakimiyyəti əməkdaşları barədə Avtosfer.az redaksina şikayət daxil olub.

Məlumat verən şəxs bildirib ki, Hövsan qəsəbəsində küçədə meyvə satan zaman altı nəfər ona yaxınlaşaraq meyvə satmasına mane olub. Onlar özlərini Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları kimi təqdim edərək burada meyvə-tərəvəz satılmasının qadağan olduğunu bildiriblər.

Qeyd etdiyimiz şəxslərdən biri sonradan idarə etdiyi 99-SD-897 qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı avtomobillə həmin meyvə yeşiklərini vuraraq yola aşırıb. Nəticədə, satıcıya maddi ziyan dəyib.

Onlar meyvə yeşiklərini vurub aşırdıqdan sonra hadisə yerindən uzaqlaşıblar.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"