13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Sülhəddin Əkbər: “Yeni fırtınaya hazırlıq gedir”

19 Sentyabr 2020, 10:29
Siyasət
A A
Sülhəddin Əkbər: “Yeni fırtınaya hazırlıq gedir”

Rusiyanın müxalif siyasətçisi Aleksey Navalnının həmkarları onun zəhərləndiyini iddia edirlər.  Onların sözlərinə görə, sinir sistemini iflic edən maddənin izləri müxalifətçinin Tomsk şəhərində qaldığı mehmanxana otağındakı su şüşəsində aşkar edilib.

Navalnının sentyabrın 17-dəki instaqram bloqunda müxalifət liderinin xəstəliyi barədə xəbər çıxarkən tərəfdaşlarının hələ Tomskdakı Hander mehmanxanasında olduqları bildirilib.

Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbərin “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiya zaman baxımdan gərgin bir dövrə qədəm qoyur.

Onun fikrincə, gələn ildən bunu daha aydın hiss edəcəyik: “Xabarovsk etirazları ilk siqnal idi. Belarus isə daha ciddi siqnal oldu. Xabarovsk Rusiyanın uzaq Şərqində, Belarus isə uzaq Qərbində idi. Bunun özü bir eyhamdır.

Onsuz da dünyada gedən geopolitik qarşıdurmalar və yeni dünya nizamı həlledici mərhələyə daxil olub və Rusiya bu prosesin içindədir.

Eyni zamanda pandemiya və neftin qiymətinin kəskin düşməsi gedişatı sürətləndirib.

Ona görə Rusiyanın siyasi rəhbərliyi tələm-tələsik referendumu keçirməklə yeni fırtınaya hazırlaşmaqdadır.

Kreml öz maraqları baxımdan sabitliyi qorumaq üçün müxalif fikirli insanları da neytrallaşdırır, nəzarətə götürür. Onlardan biri də Navalnıdır”.

S.Əkbər hesab edir ki, Navalnı iqtidara sanballı materiallarla, əyani təsir vasitələri ilə hücum edirdi: “Onun protest kütləyə rəhbərlik edəcək potensialını nəzərə alsaq, sui-qəsd versiyası məntiqlidir”.

Politoloq Navalnının zəhərlənməsindən sonra Rusiya hakimiyyətinə sanksiyalar olacağını güman edir: “Kreml onun zəhərlənməsini şübhə altına aldıqdan sonra Fransada iki müstəqil laboratoriya da zəhəri təsdiqləyib.

Düşünürəm ki, ABŞ, Böyük Britaniya və Avropa Birliyi ciddi sanksiyalara başlayacaq və Putin də daxil ediləcək”.

Partiya sədri Rusiya hakimiyyətinin siyasi rəqiblərini niyə sui-qəsd yolları ilə sıradan çıxarmasına aydınlıq gətirdi:

“Söhbət mövcud hakimiyyətdən getmir. Putinin hakimiyyətinin ömrünə kimisi ilyarım, kimisi üç il vaxt verir.

Amma onun yerinə hazırlaşanlar öz ətrafında olan və xüsusi xidmət orqanlarında rəhbərlik etmiş şəxslərdir.

Rus mətbuatında və sosial mediada Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin, Federal Təhlükəsizlik Xidmətinin adı keçir.

Bu mənada xüsusi xidmət orqanlarının işə qarışdığı sui-qəsd ola bilər. Bilirsiniz ki, kimyəvi zəhərlər kütləvi silahdır və bu da xüsusi xidmət orqanlarının əlində olur”.

Əvvəlki yazı

“Baku Steel Company” maaşları vermir

Sonrakı yazı

“Virusa görə maşınımı və bağımı satdım” – Brilliant

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.