19-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

SU ÜSTÜNDƏ ƏJDAHA

20 Avqust 2019, 16:17
Manşet
A A
SU ÜSTÜNDƏ ƏJDAHA

Azərbaycanda iqtisadiyyatın neft sektorundan asılılığının azaldılması üçün indiyə qədər çoxsaylı təkliflər irəli sürülüb. Bir çox ekspertlər hesab edir ki, Azərbaycanın kənd təsərrüfatı potensialını dirçəltməklə bu məqsədə nail olmaq mümkündür.

Gerçəkdən ölkənin kənd təsərrüfatı potensialı perspektivli görünür. İlin az qala 9 ayında gün işığı alan torpaq, ölkə ərazisindın keçən iki bolsulu çay, zəngin bitki örtüyü, bu gün dünya bazarında keyfiyyətinə görə əl-əl gəzə bilən neçə adda meyvə, tərəvəz ölkənin iqtisadi qüdrətinin artırılması, büdcə gəlirlərinin çoxalması üçün əvəzsiz təbii qaynaqdır. Aydındır ki, bu təbii zənginliyi iqtisadi faktora çevirmək insanların, daha dəqiq, idarəetmənin üzərinə düşür.

Məsələni kağız üzərindəki mənzərəyə uyğun şərh etsək, dövlətin kənd təsərrüfatının inkişafına xüsusi diqqət ayırdığını söyləməmək mümkün deyil. İllər öncə yaradılan Sahibkarlara Yardım Fondundan başlayaraq ölkədə kənd təsərrüfatının inkişafı ilə bağlı onlarla, hətta yüzlərlə qanun, normativ akt var. İldə bir neçə dəfə real vəziyyətin dəyərləndirilməsi üçün prezident yanında müşavirələr keçirilir, uyğun qurumlara konkret tapşırıqlar verilir. Həmin müşavirələrdə dəfələrlə kənd təsərrüfatının inkişafı hökumətin əsas hədəflərindən biri kimi göstərilib, bu sektorun inkişafının məşğulluğa, məhsul bolluğuna, dolayısı ilə vətəndaşların rifah halının yüksəldilməsinə, eləcə də ölkənin idxal potensialının artırılmasına xidmət etdiyi vurğulanıb.

Bəs, hansı səbəbdən bu gün ölkədə arzuedilən ərzaq bolluğu və ucuzluq yaratmaq mümkün olmur, vətəndaş hələ də ölkədə yetişdirilən bir çox adda məhsulun bazarlara baha qiymətlərə çıxarılmasından narazıdır? Digər tərəfdən, niyə fermerlərə dövlət qayğısı ilə bağlı bir sıra proqramın həyata keçirilməsinə baxmayaraq, zaman keçdikcə onların da əli işdən soyuyur, çəkdiyi zəhmətin bəhrəsini görə bilməyən fermerlər proqnozlaşdırılan və real gəlir arasındakı fərq üzündən başqa sektorlara üz tuturlar?

İnam Kərimov kənd təsərrüfatı naziri təyin ediləndə bir çoxları qısa zamanda kənd təsərrüfatında dönüş olacağını gözləyirdi. Hökumətin ən uğurlu layihələrindən biri olan ASAN Xidmətə rəhbərlik etmiş, uzun zaman vətəndaşların əziyyət çəkdiyi süründürməçilik, rüşvət faktlarına son qoyaraq hökumətlə vətəndaş arasında sivil münasibətlər yaratmış qurumun rəhbərindən yeni təyin olunduğu sahədə də dönüş gözləmək əslində çox məntiqlidir. Əgər nəticə gözlənilən kimi deyilsə, şəffaf mühitilə vətədaşın etimadını qazanmış ASAN-ın təcrübəsini kənd təsərrüfatında tətbiq etmək mümkün olmayıbsa, demək, məsələ heç də bir məmurdan asılı deyil.

Kənd təsərrüfatı ilə məşğul olanların hamısı – fermerlər də, ekspertlər də düşünür ki, inkişafa mənfi təsir edən əsas faktor meliorasiya məsələsidir. Normal suvarma olmasa, fermerlərə torpaq, toxum, gübrə, texnika verilməsi, təsərrüfatların genişləndirilməsi üçün subsidiyalat ayrılması, məhsul üçün saxlanclar tikilməsi, şəhərlərdə yarmarkalar quraşdırılması düzgün xərclənməyən dövlət vəsaitinə çevrilir. Çünki kənd təsərrüfatının qan damarları suvarma sistemidir.

ehmed

Əkin mövsümü başlayanda fermerlər suvarma sistemi ilə bağlı həyəcan təbili çalmağa başlayırlar. Əkinə yararlı torpaqların ciddi bir hissəsinin quraqlıq ərazidə yerləşməsi, ümumiyyətlə Azərbaycanın Qafqazın ən az yağışlı ölkəsi olması əkin-biçinlə məşğul olanların sağlam melieorasiya sistemindən asılılığını artırır. Hər il xırda, iri təsərrüfatı olan bütün fermerlər ümid edirlər ki, ölkədəki dəyişiklik havası nəhayət Melorasiya və Su Təsərrüfatı Nazirliyinə də çatacaq və onlar tarlalarını ehtiyac olan qədər sulaya biləcəklər. İllər gedir, bu gözləntilər doğrulmur. Əhməd Əhmədzadənin ölkənin meliorasiya və su təsərrüfatına rəhbərliyinin yaşı bu gün-sabah Lənkaran dövlət qoruğundakı çoxillik ağacların yaşına bərabər olacaq. Yəni, məntiq deyir ki, Əhmədzadə Azərbaycandakı suvarma sisteminin bütün imkanlarını və çatışmazlıqlarını çox gözəl bilməli, yaranan problemlərin dərhal aradan qaldırılması üçün A, B, C planları olmalıdır. Ancaq Əhmədzadənin iş əmsalına baxdıqda belə təəssüraf yaranır ki, o, buna qədər nağıllarda su üstündə dayanan əjdaha “işləyib” və indi də vəzifəsini ölkənin meliorasiya sisteminin funksionallığını təmin etmək kimi yox, su hövzələrinə qıfıl vurmaq kimi başa düşür.

Tovuzda uzun illərdir kartof, üzüm, lobya əkən fermerlər deyir ki, susuzluqdan hər il nə qədər məhsul zay olur. Fermerlər öz aralarında su növbəsi yaratsalar da, meliorasiya işçiləri hər quyuya bir qıfıl vurub ciblərində gəzdirir, qıfılı özlərinin “sevimli fermer” kateqoriyasına aid etdikləri şəxslər üçün açırlar. Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin bu yanaşması, bu “iş metodu” davam etdikcə, kənd təsərrüfatında hansı inkişafdan söz açmaq olar?

İnkişaf səviyyəsinə görə Azərbaycandan çox geri qaldığını düşündüyümüz Özbəkistan illərdir suvarmada damcı üsuluna keçib. Bu yolla yarımsəhrada kənd təsərrüfatı cənnəti yaradıblar. Hər yer yamyaşıldır, çünki damcı üsulu ilə hər bitki gün boyu tələb etdiyi qədər su alır, bizdəki kimi qızmar günün altında qovrulmur.

Məhsulumuzu bol, istehsalçımızı, istehlakçımızı məmnun, büdcəmizi gəlirli görmək istəyiriksə, öncə suvarma sistemini qaydaya salmalıyıq. Söyüd yarpağını silkələyib göylərdən su istəməklə sahə suvarılmaz.

Aygün Muradxanlı

(Yazı müəllifin bloqundan götürülüb)

 

Əvvəlki yazı

Yerevan ayağa qalxdı: parlament mühasirədə…

Sonrakı yazı

FHN:”Hirkan Milli Parkında yanğının söndürülməsinə helikopter cəlb olunub”

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.