Deputat Aydın Mirzəzadə Milli Məclisindəki çıxışında növbəti dəfə cari məsələlərə ayrılan 30 dəqiqənin 1 saatadək uzadılmasını təklif edib.
Reportyor.info xəbər verir ki, o, həmçinin deputatlara çıxış üçün verilən vaxtın 10 dəqiqədən 3 dəqiqəyə endirilməsini istəyib. Bildirib ki, 10 dəqiqə məruzə üçün yetərli vaxtdır.
Sədr Sahibə Qafarova isə təkliflərinə görə deputata təşəkkür etməklə yanaşı, bildirib ki, cari məsələlərə bir saat ayıra bilməyəcək:
“Çünki bizim iclasımız 4 saat davam edir, onun 1 saatını cari məsələlərə ayıra bilmərəm. Keçən dəfə də bu barədə danışdıq, dedim niyə 30 il ərzində deməmisiniz? Onu da hamı yazdı. Bunları heç olmasa yavaş-yavaş, ilbəil həyata keçirərdiniz, mən də indi bu istiqamətdə qərar verərdim”.