12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Şoyqunun zəngi olmasaydı…” – nazir o faktı niyə indi açıqladı?

24 İyun 2020, 10:24
Siyasət
A A
“Şoyqunun zəngi olmasaydı…” – nazir o faktı niyə indi açıqladı?

Müdafiə naziri Zakir Həsənov 4 il sonra ilk dəfə rusiyalı həmkarı Sergey Şoyqu ilə aprel döyüşləri vaxtı telefon danışıqlarının detallarını açıqladı. Nazirin sözlərinə görə, aprel müharibəsinin ilk 3 günündə Azərbaycan Ordusu azsaylı heyətlə Ermənistan ordusunu darmadağın etdi.

Sitat: “Sergey Şoyqu Azərbaycana çox yaxşı münasibət bəsləyir, bizim çox yaxşı və etibarlı əlaqələrimiz var. Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının heç bir sənədində təşkilat qarşısında duran vəzifələrdən biri kimi Dağlıq Qarabağın müdafiəsi məsələsi yoxdur. Çünki ora Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. 2016-cı ildəki döyüş əməliyyatları zamanı Ermənistan ordusunun bir hissəsi darmadağın edildikdən sonra biz Lələtəpəni aldıq, Talış istiqamətində irəliləməyə başladıq. Həmin vaxt onlar Rusiyaya, Sergey Şoyquya zəng edərək yalvarırdılar ki, mənə zəng edib Azərbaycan Ordusunu dayandırsın. Bizim telefon danışığımız olub. Rusiyanın müdafiə nazirinə izah etdim ki, bu, əks-hücumdur, onların təxribatına cavabdır və məqsədimiz məhz həmin azsaylı şəxsi heyətlə, həmin önxəttdəki hissələrlə onları yaşayış məntəqələrindən geri atmaqdır”.

Z.Həsənov bildirib ki, Azərbaycan Ordusunun cavab zərbəsi Ermənistanda təşvişə səbəb olub: “Onlarda artıq səfərbərlik başlamışdı. Səfərbərlik nə vaxt başlayır? O vaxt ki, ordunun şəxsi heyətə ehtiyacı olur və s. Onların qocaları musiqi ilə İrəvanda avtobuslara doluşurdular, ermənicə təhdid edirdilər ki, bəs indi gələcəyik Azərbaycana. Bütün bunlar necə bitdi? Bu insanlar haradadır? Yəni bu, döyüş əməliyyatlarının nəticəsidir”.

Maraqlı nüans ondan ibarətdir ki, müdafiə naziri Şoyqu ilə aprel döyüşləri günlərində telefonla danışıqlarının incəliklərini indiyədək açıqlamamışdı.

İctimaiyyət bilmirdi ki, həmin ərəfədə Azərbaycanla Rusiya arasında hansı söhbət aparılıb. İndisə nazir rus həmkarı ilə danışdığını, ermənilərin Şoyquya yalvardığını söyləyir. Görəsən, cənab nazir məhz indi bu gizlinləri üzə çıxarmağı zəruri bildi?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Z.Həsənovun son günlərdə verdiyi geniş müsahibələr çox vacib idi: “Çünki cəmiyyətdə xeyli suallar yığılmışdı. Zakir Həsənovun eyni gündə iki televiziya kanalına Azərbaycan və rus dillərində müsahibə verməsinin də xüsusi əhəmiyyəti var. Görünür, müdafiə naziri onun mesajlarının Azərbaycan cəmiyyəti ilə yanaşı Rusiya və Ermənistanda da eşidilməsini istəyib. Beləliklə, müdafiə naziri 3 cəmiyyətə mesajlar vermiş oldu”.

Politoloqun fikrincə, Azərbaycan cəmiyyətini narahat edən əsas sual bu idi: “Ermənistanın baş naziri Nikol Paşinyan işğal altındakı Şuşada qondarma andiçmə mərasimi təşkil etdikdə Azərbaycan Ordusu nədən bu təxribata cavab vermədi? Zakir Həsənovun bu suala cavabı belə oldu ki, Şuşada ”andiçmə” mərasimi keçirilərkən Azərbaycan Ordusu Prezidentin tapşırığı ilə iri planlı genişmiqyaslı hərbi təlimlərə başladı.

Həmin təlimlərdə bütün istiqamətlərdə minlərlə əsgər, yüzlərlə tank, top cəmləşdi. Zakir Həsənov haqlıdır. Həmin təlimlər Ermənistan hakimiyyətini və Dağlıq Qarabağ separatçılarını ciddi narahat etdi. Erməni saytları müxtəlif yazılar yayınladılar, erməni ekspertlər müharibə riskinin artdığını bildirdilər. Üstəgəl, ermənipərəst konqresmen Frank Pallone Ağ Ev, Dövlət Departamenti və Pentaqona eyni məzmunlu 3 məktub göndərdi.

O, həmin məktublarda Azərbaycanın başladığı hərbi təlimlərin bölgədə gərgin vəziyyət yaratdığını iddia etdi. Aydındır ki, erməni lobbisi də qorxu içində olub ki, Pallonedən belə bir məktub yazmağı xahiş edib”.

Siyasi analitikin fikrincə, nazirin cavabından o da aydın oldu ki, Azərbaycan ordusu bəzilərinin istədiyi kimi, Paşinyan Şuşada olarkən, müharibəyə başlaya bilməzdi:

“Buna baxmayaraq, Zakir Həsənovun sözlərindən bəlli oldu ki, Azərbaycan Ordusu müharibəyə hazırdır, sadəcə, əmr gözləyir. Müdafiə nazirinin sözlərinə görə, budəfəki müharibə 4 günlük aprel savaşına bənzəməyəcək, Ermənistan növbəti müharibədə minlərlə itki verəcək.

Bu mesaj birbaşa ermənilərə ünvanlanmışdı ki, danışıqlar əsasında Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına razılaşmasalar, onları müharibə və böyük itkilər gözləyir. Zakir Həsənov ilk dəfə aprel savaşı zamanı Ermənistanın itkilərini də açıqladı. Əhalisi 3 milyona çatmayan Ermənistan üçün 4 günlük savaşda 560 nəfər itirmək böyük rəqəmdir”.

Politoloq qeyd etdi ki, müdafiə naziri ötənilki müsahibəsində aprel savaşı günlərində Şoyqunun ona zəng etdiyini bildirmişdi: “Zakir Həsənov Şoyqunun ondan müharibəni dayandırmasını xahiş etdiyini bildirmişdi. Ermənistanın 2016-cı ilin aprel ayında ağır vəziyyətdə olmasını Zakir Həsənov belə izah edib ki, həmin günlərdə Ermənistanda səfərbərlik elan olunub. Səfərbərlik isə ordunun əlavə heyətə ehtiyac olduğu halda elan edilir. Ermənistanda səfərbərlik zor əsasında həyata keçirildiyi halda, minlərlə Azərbaycan gənci döyüşə atılmaq üçün orduya könüllü yazılmaq istəyirdi.

Bu müharibəyə istək və hazırlıq iki ölkənin cəmiyyətləri arasındakı fərqin bariz nümunəsidir. Zakir Həsənov budəfəki müsahibəsində rusiyalı həmkarıyla söhbətin detallarını daha geniş şəkildə açıqladı.

Bəlli oldu ki, Sergey Şoyqu Zakir Həsənova zəng edəndə Azərbaycan Ordusu Lələtəpə yüksəkliyini ələ keçirib Talış kəndinə doğru irəliləyirdi. Başqa sözlə, Şoyqunun zəngi olmasaydı, Azərbaycan Ordusu daha çox ərazini işğaldan azad edəcəkdi. Ancaq Zakir Həsənovun sözlərinə görə, ermənilər Şoyquya yalvarıblar ki, Azərbaycan Ordusunun hücumunu dayandırmasına nail olsun. Zakir Həsənov Şoyqunun israrlı xahişlərini nəzərə alaraq aprel müharibəsinin dördüncü günü hücum əməliyyatlarını dayandırıb. Halbuki Şoyqunun xahişinə rəğmən, hücum davam etdirilsəydi, Azərbaycan Ordusu irəliləməkdə davam edəcək, separatçıların itkiləri artacaqdı. Bəlkə də bu amil sonrakı mərhələdə Ermənistan hakimiyyətinin danışıqlarda mövqelərini zəiflədəcəkdi. Əslində Rusiya rəsmiləri Azərbaycan Ordusunun hücumunu dayandırması əvəzində Ermənistan hakimiyyətini münaqişənin “mərhələli həll” planına razı salacağını vəd etmişdilər. Ancaq Moskva vədini yerinə yetirmədi.

Ona görə də Zakir Həsənovun müsahibəsindən onu anlamaq olar ki, növbəti savaş zamanı heç bir vədə inanmadan güc yoluyla Ermənistan hakimiyyətini “mərhələli həll” planına razı salmaq lazım gələcək”.

Əvvəlki yazı

Təcili yardım Səhiyyə Nazirliyinə verildi

Sonrakı yazı

“Bəlkə də İtaliyadakı vəziyyəti keçmişik” – qorxunc proqnoz

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.