Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) yanvar 26-sı keçirilən güzəştli mənzillərin satışı ilə bağlı detalları açıqlayıb. Reportyor.info xəbər verir ki, ilk mənzil 16-cı saniyədə , sonuncu mənzil isə 4 dəqiqə 22 saniyədə satılıb. İlk satılan mənzil 3 otaqlı, sonuncu isə 2 otaqlı olub. Aşağdaakı cədvəllərdən də aydın olur ki, mənzillərin əksəriyyəti 1-ci və 2-ci dəqiqələrdə satılıb. Maraqlıdır ki, mənzillərin ilk 10 saniyədə satılması ilə bağlı deyilənlər bu açıqlama ilə üst-ütsə düşmür. Həmçinin oxuyun: Satışa çıxarılan sosial mənzillər ilk 10 saniyədə satılıb? – NARAZILIQ (VİDEO)