SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinincnda yanğın baş verib.
Reportyor.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.
Görülmüş tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğının məhdudlaşdırılması həyata keçirilir, tam söndürülməsi istiqamətində işlər aparılır.
Məlumata görə, yanğında yeddi nəfər xəsarət alıb.
“Sumqayıt Etilen-polietilen Zavodunda baş verən yanğında yeddi nəfər xəsarət alıb, onlardan birinə ambulator yardım göstərilib və evə buraxlıb”.
Bunu TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva deyib.
Onun sözlərinə görə, digər altı nəfər Bakıya, yanıq mərkəzinə göndərilib: “Onlardan birinin vəziyyəti ağırdır”.
<ins’ style=”box-sizing: border-box;”></ins’>