15-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

SOCAR-ın “lal-kar” mətbuat xidməti: Əhməd(ov) hardadır?

16 Aprel 2018, 13:04
Seçmə
A A
SOCAR-ın “lal-kar” mətbuat xidməti: Əhməd(ov) hardadır?

Təxminən 4 ay bundan əvvəl Azərbaycan iqtisadiyyatının ən nəhəng qurumu olan SOCAR-da mətbuat xidməti və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsinə yeni təyinat oldu

Uzun illər SOCAR mətbuat xidməti deyəndə ağlımıza gələn Nizaməddin müəllimin yerinə İbrahim Əhmədov təyin olundu. Onun gənc olduğu və Almaniyada çalışdığı barədə məlumatlar deyildi.

Xaricdən gələn kadrlara hər zaman böyük ümidlər bəslənilir. Bu səbəbdən mətbuat nümayəndələrinin də ümidləri ictimaiyyətlə əlaqələr sahəsində daha da peşəkar bir iş ortaya qoyulacağı ilə bağlı idi. Lakin kiçik araşdırma apardıqda gördük ki, İbrahim müəllimin “beynəlxalq iş təcrübəsi” sadəcə xaricdə könüllü tələbələrdən ibarət bir qrup gənci idarə etməkdən ibarət olub.

Adətən, belə işləri məmur övladları xaricdə boş-bekar qalmasınlar deyə görürlər. Axtarış aparanda isə onun imzası ilə beynəlxalq enerji layihələri barədə şərhlər tapmaq əvəzinə Əhmədovun əvvəllər din mövzusunda tədqiqatçı-alim olduğu aydınlaşdı (http://xalqcebhesi.az/news.php?id=11).

Azərbaycan iqtisadiyyatının onurğası hesab olunan SOCAR-ın ictimaiyyətlə əlaqələr şöbəsinin bu sahədə təcrübəsi olmayan, Almaniyada “Əl-Qaidə” və vəhhabilik üzərində tədqiqat aparan bir şəxsə tapşırılması da xeyli suallar doğurur.

Xatırladaq ki, ötən ilin sonunda mətbuat xidməti postuna rəsmi təyin olunana kimi İbrahim Əhmədov bir müddət həmin şöbədə işləyib ki, neftin qoxusunun nə olduğunu anlasın. Amma və lakin! İctimaiyyətlə əlaqələr dedikdə ilk başa düşdüyü facebook sosial şəbəkəsində kimin nə yazdığına cavab vermək oldu. Yenə də Əhmədovun enerji layihələri ilə bağlı deyil, siyasətdən tutmuş şou-biznesə qədər bütün onun işinə aid olmayan sahələrdən şərhləri ortaya çıxmağa başladı. Hələ «Какая она на фиг легенда? Она в лучшем случае анекдот!» deyərək “Ququşlaması” da uzun müddət müzakirələrə səbəb oldu, başı kaskalı “tədqiqatçı-alimimiz” tənqid mərkəzinə çevrildi (https://haqqin.az/news/109207).

Tənqidlərdən nəticə çıxaran İbrahim əfəndi nəinki öz aktivliyini, təmsil etdiyi bütün mətbuat xidmətinin fəaliyyətini iflic eləməyi qarşısına məqsəd qoydu. Bununla bağlı iqtisadiyyat sahəsi üzrə yazan xeyli sayda jurnalist tənqidi fikirlərini paylaşmağa başladılar. Belə ki, Nizaməddin Quliyevin vaxtında SOCAR hər ayın əvvəlində Novorossiysk, Supsa, Ceyhan limanlarından dünya bazarlarına çıxarılan Azərbaycan neftinin həcmi açıqlanırdı. İbrahim müəllim isə medianı da “na fiq poslat” etdi. Artıq bu məlumatlar açıqlanmır. Çünki, İbrahim müəllim bu məlumatların açıqlanmasını məsləhət bilmir. Belə görünür ki, “Anekdot” Ququş deyil, İbrahim müəllimin köhnə hamama gətirdiyi yeni qaydalardır.

Yeri gəlmişkən, İbrahim Əhmədov şirkətdə başqa bir “zakon” da qoyub: SOCAR haqqında nə qədər az xəbər yayılsa, bir o qədər yaxşıdır. Tam ciddi! Yəni, mətbuat qurumları bundan sonra digər statistik məlumatlardan da əlini üzsün.

İstər-istəməz sual yaranır ki, SOCAR kimi daim ictimaiyyətin sual mərkəzində olan bir qurumda lal-kar mətbuat xidmətinin yaradılmasında məqsəd nədir? Dövlətin bütün sahələrdə şəffaflıq təmin etməsinə verilən “tövfə”?

Əvvəlki yazı

Ermənistanda köhnə komanda sülhü daha əlçatmaz edəcək – müharibə təhlükəsi

Sonrakı yazı

Hökumət Evində yerləşən dövlət qurumları bir həftə işləməyəcək

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.