08-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Siz bostan müqəvvalarısınız, dişi tökülmüş kaftarlarsınız…”

25 Fevral 2018, 12:15
Cəmiyyət
A A
“Siz bostan müqəvvalarısınız, dişi tökülmüş kaftarlarsınız…”

AMEA-nın Zoologiya İnstitutunun direktoru Elman Yusifov institutun əmlakını talayıb dağıdır, illərlə toplanmış kolleksiya materiallarını küçəyə atır, işçiləri, Azərbaycan xalqını təhqir edir.

Bu şikayətlə virtualaz.org-a institutun bir qrup elmi işçisi müraciət edib.

Şikayətçilər deyirlər ki, Elman Yusifov əslində fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru olsa da, iki il əvvəl Zoologiya İnstitutuna direktor təyin edilib. Bu vəzifəyə təyin olunan gündən isə institut üçün heç bir iş görməyib, təhqir və haqarətlərlə əksər işçiləri özündən narazı salıb.

“Elman Yusifov institutun əmlakını dağıdıb məhv edir. İllərlə toplanmış kolleksiya materiallarını küçəyə tullayır. İşçiləri qadın, yaşlı bilmədən ağır küçə söyüşləri ilə təhqir edir. Nəinki işçiləri, bütün Azərbaycan xalqını təhqir edir. Deyir ki, “Azərbaycan xalqının 70 faizi debildir”. İnstitutun elmi iclaslarında bizi, dini inanclarımızı təhqir edir. İnstitutumuzda təxminən 70-80 nəfər namaz qılan adam var. Deyir ki, kim namaz qılırsa, getsin Allahşükürün idarəsinə. Bizə bildirir ki, siz bostan müqəvvalarısınız, dişi tökülmüş kaftarlarsınız, sizin aranızda zoofillər, pedofillər, onanistlər var, hələ yoxlamaq lazımdır, yəqin ki, nekrofillər də var. Sizdəki beyin yox, peyindir… Biz daha bu təhqirlərə dözə bilmirik. Bütün bunlar alim adına yaraşan hərəkətlər deyil”, – deyə institutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Namiq Mustafayev bildirir.

Alim söyləyir ki, E.Yusifov bir qrup işçini pul müqabilində öz tərəfinə çəkə bilsə də, əslində institutda bütün işçilər ondan narazıdır: “İnstitutun bütün laboratoriyalarındakı avadanlıqları “bunlar kimə lazımdır?” deyib küçəyə tökür. Bunlar illərlə yığılan kolleksiya materiallarıdır. Başa düşmür ki, 50-100 il bundan sonra həmin bu kolleksiyalar təkamülün necə getdiyini araşdırmaq üçün çox qiymətli material olacaq. Bu azmış kimi, işçilərə verilən mükafatları da özü mənimsəyir, istədiyi adama mükafat verir, istəmədiyinə vermir. Biz qrup işçini vaxtında pul müqabilində öz tərəfinə çəksə də, hamı ondan narazıdır. Biz də institutun 30 elmi işçisi onun bu əməllərindən bezib AMEA rəhbərliyinə, hüquq-mühafizə orqanlarına şikayət etdik. Əslində, şikayətçilərin sayı vərəqə imza atanlardan xeyli çoxdur. Amma bəziləri səhhətinə görə narahatdır deyə, bu işə girişmədi. Ümumilikdə, institutumuzda olan 15 elmlər doktorundan 10-u ona qarşı şikayətə imza atıb”.

Şikayətçi deyir ki, AMEA rəhbərliyinə fevralın 17-də edilən şikayətlə bağlı instituta nümayəndə göndərilib və o, baş verənləri aydınlaşdırmaq məqsədilə bütün işçilərlə və Elman Yusifovla görüşüb. Sonra fevralın 19-da onlara bildirilib ki, direktor bir də belə hərəkətlər etməyəcəyinə söz verib. Lakin bu hadisədən çox keçmədən E.Yusifov şikayət edən işçiləri bir-bir otağına çağıraraq təhqir edib. Onlara səslərini yazacağını deyib.

Şikayətçi əlavə edir ki, direktor şikayətə görə onlardan qisas alır. Rəhbərliyə məlum şikayətdən sonra daha bir laboratoriyanı dağıtmaq üçün göstəriş verib. Laboratoriyanın bütün avadanlıqları koridora və həyətə daşınıb.

Virtualaz.org səslənən ittihamlarla bağlı araşdırma aparmaq üçün Zoologiya İnstitutunun direktoru Elman Yusifovla əlaqə saxlayıb. İnstitut rəhbəri haqqında deyilənləri inkar edərək şər-böhtan adlandırıb.

“Belə məsuliyyətsiz çağırışlara mən heç bir cavab verə bilmərəm. Bu düzgün deyil, bizdə belə şeylər yoxdur. Bizdə nə olubsa, komissiyanın qərarı ilə olub. Bunlar hamısı cəfəngiyyatdır. Mən təəcüblənirəm ki, insanlar niyə belə məsuliyyətsiz sözlərlə çıxış edirlər. Biz bunu, inşallah, iş günündə araşdıracağıq. Ola bilər ki, AMEA rəhbərliyinə də müraciət edək. Komissiya yaradılsın və məsələ araşdırılsın. Sübuta yetirilməmilş əsassız ittihamlar şər-böhtan xarakterli də ola bilər. Mən araşdırılmamış heç bir şərh verə bilmərəm. Amma yenə də deyirəm, bunlar iftiradır, onları əsaslandırmaq lazımdır”, – deyə direktor bildirib.

Gülnar Əliyeva

Virtualaz.org

◀▶

Əvvəlki yazı

Prezident seçkiləri ilə bağlı bir sıra prosedurlar başa çatır

Sonrakı yazı

Vəhdət Partiyası İlham Əliyevin namizədliyini müdafiə edəcək- Partiya qərar verdi

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.