Siyavuş Novruzov: “Gələn bələdiyyə seçkilərində yeniliklər olacaq”

20 Oktyabr 2019 - 13:32
53 oxunma

“Bu ilki bələdiyyə seçkilərinə çatdırmaq mümkün olmadı. Amma gələn bələdiyyə seçkilərində yeniliklər mütləq olacaq”.
Reportyor.info xəbər verir ki ,bunu Modern.az-a bələdiyyə seçkiləri haqqında danışarkən Milli Məclisin deputatı Siyavuş Novruzov söyləyib. O qeyd edib ki, bələdiyyə seçkiləri ilə bağlı yeniliklər tətbiq etmək üçün öncəliklə qanunvericilik dəyişdirilməlidir:
“Biz bir neçə dəfə məsələ qaldırmışıq ki, bələdiyyə sədrləri birbaşa insanlar tərəfindən seçilsin. Bunu tətbiq etmək üçün əvvəlcə qanunvericilik dəyişməlidir. Bu ilki bələdiyyə seçkilərinə həmin məqamları çatdırıb, tətbiq etmək mümkün olmayacaq. Amma növbəti bələdiyyə seçkilərində sözügedən yeniliklərlə bağlı addım atılacağını düşünürəm”.
Qeyd edək ki, bu il Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Artıq seçki kampaniyasına başlanılıb.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"