Siyəzəndə yeniyetmə 2 aydır tapılmır

12 Sentyabr 2019 - 10:54
41 oxunma

Siyəzən rayonunun Yenikənd kənd sakini, 17 yaşlı Əlikram Fərzəliyev cari ilin iyul ayının 15-də səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Reportyor.info-ya a verilən məlumata görə, Əlikram Fərzəliyev əlamətləri belədir: Boyu 165 sm., orta bədən quruluşlu, saçlarının və gözlərinin rəngi qaradır. Evdən çıxan zaman onun əynində qəhvəyi rəngli köynək, göy rəngli cins şalvar və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz gənci tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinə 02330-4-13-03 şəhər, 051-772-06-06 və 070-330-31-83 (atası- İslam Fərzəliyev) mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"