13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Sevilya”ya qalib gəlmək iddiamız olmasa” – “Qarabağ”

19 Sentyabr 2019, 13:51
İdman
A A
“Sevilya”ya qalib gəlmək iddiamız olmasa” – “Qarabağ”

“Qarabağ”a adaptasiya prosesim çox asan oldu. Əlimdən gələn ən yaxşısını etməyə çalışıram. Uzun illərdir burada oynayan Miçel və Dani Kintana mənə çox kömək edirlər”.

Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Xayme Romero “Marca” qəzetinə müsahibəsində deyib.

 “Saraqosa”nın keçmiş üzvü Azərbaycanda oynaması ilə bağlı bunları deyib: “Baş məşqçi məni bir neçə il əvvəl transfer etmək istəyirdi. Ancaq o vaxt bu, mümkün olmadı. Bu il mənimlə əlaqə saxlayıb yaxşı təklif göndərdilər. 3 illik müqavilə təklifi və avrokuboklarda oynamaq imkanı mənə yaxşı stimul oldu”.

“Qarabağ” haqqında danışan Romero buradakı şəraitin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb: “Özümü fiziki cəhətdən çox yaxşı hiss edirəm.  Hamı ilə münasibətim yaxşıdır. Komandada oynamaq üçün hər bir şərait var. Bu qaydada davam etmək üçün çalışıram. “Qarabağ” fantastik şəraiti olan, futbolçuya hər şeyi təmin edən klubdur. Altı ildir avrokuboklarda iştirak etməsi təsadüfi deyil. Çünki klub rəhbərindən son işçisinə qədər hamı çox yaxşı çalışır. Buradakı şərait, şərtlər La Liqanın yaxşı bir klubu səviyyəsindədir. Bizim içində oteli, istirahət edə biləcəyimiz otaqları və mükəmməl meydançası olan bazamız var. Baş məşqçi Qurban Qurbanov isə çox çalışan, futbolun hər yönünü bilən mütəxəssisdir. Uzun müddətdi klubun “sükanı arxası”ndadır. O, burda hər şeyi dəyişib, çempionluqlar qazanıb, komandasını Avropaya çıxarıb”.

Daha sonra Xayme “Qarabağ”ın AL-in qrup mərhələsindəki şansları barədə fikirlərini bildirib: “Komandam hal-hazırda qrupdan çıxmaq barədə fikirləşir. Bizim bunun üçün yaxşı imkanımız var və düşünürəm ki, biz növbəti mərhələyə çıxacağıq”.

“Sevilya” ilə matçın çətin olacağını gizlətməyən Romero rəqib haqqında da danışıb: “Bu il “Sevilya”nın oyunlarına baxmasam da, bilirəm ki, keyfiyyətli heyətə sahib böyük komandadır. Hazırda İspaniya çempionatının birincisidir. Həmçinin, “Sevilya” bu mövsüm Avropa Liqasının qazanmağa iddialı olan komandalardan biridir.

Evdə oynayırıq və həmişə olduğu kimi qələbə qazanmağa çalışacağıq. Əgər “Sevilya”ya qalib gəlmək iddiamız olmasa, biz heç oyuna da çıxmarıq. Qalib gəlmək haqqında düşünmürsənsə, niyə oynayırsan? Biz hücumameyilli komandayıq. Həm topa sahib olmağa, həm də yaxşı müdafiə olunmağa çalışacağıq. Həmişə olduğu kimi, təhlükəli epizodlar yaratmaq və kollektiv oyun sərgiləmək üçün mübarizə aparacağıq”.

Qeyd edək ki, bu gün Avropa Liqasının qrup mərhələsinin ilk turunun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sevilya” matçı saat 20:55-də başlayacaq.

Əvvəlki yazı

“Cəmil Həsənli çox nanəcib və üzüdönük adamdı” – Rauf Arifoğlu

Sonrakı yazı

Sabirabadın başçısı bu məktəbi görübmü? – Foto

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.