Selcan nöqtəni qoydu: “Dərs oldu…”

21 Sentyabr 2019 - 11:21
1651 oxunma

“Bu mənim şəxsi intiqamım deyildi. Əgər şəxsi intiqamım olsaydı, tamam başqa müstəvidə hərəkət edərdim. Mən başdan dediyimin arxasındayam ki, bu olay cəmiyyətin problemi idi və mənim üçün inanılmaz dərəcədə çətin olsa da, şəxsi duyğularımı bu məsələdən tamamən uzaq tutmağa çalışdım”.

Reportyor.info-nun xəbərinə görə, bu sözləri AXCP sədrinin müavini postundan istefa verməyə məcbur olan Fuad Qəhrəmanlının qızı Selcan Yağmur yazıb.

Atasından imtina edən və ondan işgəncələr, zorakılıq gördüyünü bəyan etmiş S.Yağmur baş verənlərlə bağlı son nöqtəni qoyub. Sitat:

“Mənim yaxınımdaki insanlar, telefonla danışdıqlarım, mənim nə vəziyyətdə olduğumu gördülər və mən bu məsələdə özümlə qürur duya bilərəm ki, demək üçün ürəyim partlayan heç bir sözü demədim. Duyğularımı işin içinə qatmadım.

Kaş qarşı tərəf də eyni şeyi edəydi. Məni mental xəstə, yalançı, histerik çıxartmağa çalışmaq yerinə olğun davrana biləydi… Hələ də ortada çox yalanlar var. Bütün bunların məhz gündəlik həyatımızın parçası yox, 4-5 ilin söhbəti olduğunu iddia etmək kimi çirkin yalanlar. Amma nəysə.

İndi çoxunuz mənə “təbriklər” yazırsınız. Mən isə bu təbrikləri bu müstəvidə qəbul edirəm – biz hamımız birlikdə, Azərbaycandaki tabulara böyük bir zərbə vurduq. Göstərdik ki, “ailə daxili” şiddət olmur, şiddət cəmiyyətin problemidir. Qurban və zorba arasında, şəxsi problem deyə bir anlayış yoxdur. Zorba, hər kəsin qarşısında cavab verir.

Ümid edirəm bu məsələ, bir sıra insanlara dərs, digərlərinə ilham oldu. Susmaq, boyun əymək zorunda deyilsiniz, “atandır”, “anandır”, “ərindir”, “qardaşındır” kimi ifadələr yalnızca sizi manipulyasiya etmək üçündür. Zorakılıq, hər kim tərəfindən olunursa olunsun, yanlış bir şeydir.

Özünüzü sevin, sonra da digərlərini çox sevin. Güclü olun və gücünüzü digərlərinin həyatdaki şansı olmaq üçün istifadə edin. Çox ağır bir dönəm oldu mənim üçün bu iki gün. Sizin dəstəyiniz olmadan, ayaqda qala bilməzdim. Hər kəsə təşəkkür edirəm. Beləcə, bu mövzuyla bağlı son sözlərim olsun bunlar”.

 

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"