Şehiç “Cimbom”a keçir?

17 Oktyabr 2018 - 17:42
301 oxunma

Türkiyənin “Qalatasaray” klubu “Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiçi heyətinə qata bilər.

“Report” sporx.com saytına istinadən xəbər verir ki, Bosniya və Herseqovina millisinin də şərəfini qoruyan 30 yaşlı qolkiper hazırkı klubu “Erzurumspor”da maaşını ala bilmir və qış “transfer pəncərəsi”ndə komandanı tərk etmək niyyətindədir.

Şehiçin komandadan ayırlacağı təqdirdə, “Qalatasaray”ın onun keçidi üçün danışıqlara başlayacağı iddia olunur. İstanbul təmsilçisi bosniyalı oyunçudan ikinci qapıçı kimi yararlanmaq istəyir.

Qeyd edək ki, 2013-2018-ci illərdə “Qarabağ”ın formasını geyinən İbrahim Şehiç azad agent kimi “Erzurumspor”a keçib.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"