Satıcını zorlamaq istədi, fikrini dəyişib kassanı soydu – Bakıda dəhşət

9 Sentyabr 2019 - 14:20
61 oxunma

Bakıda köşk satıcısı zorakılığın qurbanı olmaqdan son anda qurtulub.

“Reportyor.info” xəbər verir ki, bununla bağlı Oxu.az-a Xətai Rayon Polis İdarəsindən məlumat verilib.

Məlum olub ki, cinayət sentyabrın 8-də baş verib. 1987-ci il təvəllüdlü paytaxt sakini Lalə Abbaszadə Zığ şossesi yaxınlığındakı bir nömrəli binada yerləşən köşkə işə gələrkən, səhər saat 10-da hücuma məruz qalıb.

Naməlum kişi köşkə girib və əlindəki bıçağı qadının boğazına dirəyərək, onu zorlamaq istəyib. Ancaq qurbanının müqaviməti ilə rastlaşan cinayətkar qorxub və fikrini dəyişərək, qadından pulları tələb edib.

Qadın kassada olan 650 manat pulu qarətçiyə verib. Daha sonra kişi hadisə yerindən uzaqlaşıb. Bir müddət sonra cinayətkar saxlanılıb.

Saxlanılan şəxs əvvəllər oğurluq, xuliqanlıq və qanunsuz dövriyyə ilə bağlı cinayətlərə görə məhkum olunmuş 1973-cü il təvəllüdlü Məmmədov Vaqif Əbdülxalıq oğlu olub.

V.Məmmədova qarşı Cinayət Məcəlləsinin 181-ci maddəsi (qarət) ilə cinayət işi başlanılıb.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"