07-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

SARKİSYANIN QARABAĞLA BAĞLI RAZILAŞDIĞI HƏLL PLANI AÇILDI

20 Oktyabr 2019, 14:34
Manşet
A A
SARKİSYANIN QARABAĞLA BAĞLI RAZILAŞDIĞI HƏLL PLANI AÇILDI

Vitali Babayan

“1in.am”, Ermənistan, 18 oktyabr 2019-cu il

 

Artsaxın (Dağlıq Qarabağın adı mətndə belə gedib – tərc.) Təhlükəsizlik Şurasının sabiq katibi Vitali Balasanyan bu günlərdə baş tutmuş mətbuat konfransının gedişində Baş nazir Nikol Paşinyanın Qarabağ məsələsinin tənzimləməsilə bağlı siyasəti haqqında danışarkən, deyib ki, 2018-ci ilin dinc, məxməri, xalq inqilabınadək danışıqlar masasında olan təkliflər paketindən imtina edilməməlidir.

O demək istəyir ki, Serj Sarkisyanın əldə etdiyi nəticələri Paşinyan qəbul etməlidir və danışıqlar həmin məntiqlə davam etdirilməlidir.

Bu bəyanatdan sonra yaranan əsas sual budur: Serj Sarkisyan danışıqlar masası arxasında qeyd edilmiş hansı nəticələri əldə edib?

Aşağıda həmsədrlərin 18 yanvar 2018-ci ildə etdiyi son təklifləri təqdim edirik:

 

Həmsədrlərin təklifləri, Krakov, 18.01.18.

1-ci bənd

Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli tənzimlənməsinin bir-birinə bağlı olan son məqsədləri:

– Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhlizin saxlanması şərtilə, yeddi rayonun – Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının Azərbaycana qaytarılması;

– tərəflər arasında razılaşdırılmış müddətdə BMT və ya ATƏT-in himayəsi altında Dağlıq Qarabağın bütün əhalisinin iradəsinin sərbəst ifadəsi olan, – beynəlxalq hüququn norma və prinsiplərinə uyğun və hüquqi planda məcburi olacaq, səsverməyə qoyulacaq sual və ya sualların məhdudlaşdırılmayacağını və statusla bağlı bütün variantları əhatə edə biləcəyini nəzərə alacaq, – ümumi səsvermənin keçirilməsi yolu ilə Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi;

– regionda siyasi, ticarət, iqtisadi və humanitar əlaqələrin tam tənzimlənməsi;

– mehriban qonşuluq əməkdaşlığının bərpa edilməsi;

– Cənubi Qafqaz regionunda sabitliyin tam təmin edilməsidir.

2-ci bənd

Beynəlxalq birliyin dəstəyilə təzə yerə köçürülənlər 1-ci abzasda göstərilən 5 rayonu tərk edəcəklər. Beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsindən və hazırda bu rayonlarda olan silahlı qüvvələrin çıxarılmasından sonra, Azərbaycanın mülki hakimiyyət orqanları göstərilən ərazilərə daxil olacaqlar.

Beynəlxalq sülhməramlı qüvvələr keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) inzibati sərhədləri boyunca, – Kəlbəcər və Laçın rayonlarının tərkibinə daxil olan hissələr istisna olmaqla, – yerləşdiriləcək. Kəlbəcər rayonu ATƏT-in keçid monitorinqi altında qalacaq.

3-cü bənd

Eyni zamanda, yuxarıda göstərilən tədbirlərin görülməsinə paralel olaraq, yekun statusun müəyyən edilməsinədək Dağlıq Qarabağa gündəlik həyatının təşkilinə zəmanət verən müvəqqəti status verilməlidir.

 

Qarabağın mövqeyi

Mətbuatda çıxan məlumatlara görə, Vitali Balasanyan öz mətbuat konfransını Serj Sarkisyan, Bako Saakyan, öncəki hakimiyyət nümayəndələrilə görüşdən, Serj Sarkisyan tərəfindən təyin olunmuş məsləhətçilərlə müzakirələrdən sonra keçirib.

Yaranan əsas sual budur: Qarabağ hakimiyyəti, şəxsən Bako Saakyan Serj Sarkisyanın miras qoyduğu bu təklifləri dəstəkləyirmi? Eyni zamanda, bütün DQR (Dağlıq Qarabağın adı mətndə belə gedib – tərc.) prezidentliyinə namizədlər, parlament seçkilərində iştirak edən bütün qüvvələr də bununla bağlı mövqe bildirməlidirlər.

Yeri gəlmişkən, bu, Artsaxın (Dağlıq Qarabağ-tərc.) danışıqlar prosesinə qaytarılması üçün ciddi bir siqnal ola bilər. Qoy onlar bəyan etsinlər ki, Paşinyandan fərqli olaraq, danışıqlar prosesini Serj Sarkisyanın qoyub getdiyi nöqtədən başlamağa hazırdırlar.

Hazırda Serj Sarkisyan, Robert Koçaryan və Bako Saakyanınn kollektiv sözçüsü rolunda çıxış edən Vitali Balasanyan RF XİN başçısı Sergey Lavrovun adını səsləndirir.

Qoy DQR hakimiyyəti açıq şəkildə bəyan etsin ki, 3-cü bənd istisna olmaqla, elə həmin təkliflərdən ibarət olan “Lavrov planı”nı dəstəkləyir. Yəni, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının, hətta aralıq status olmadan, Azərbaycana qaytarılması nəzərdə tutulur. Bəzi məlumatlara əsasən, “Lavrov planı” Artsaxın (Dağlıq Qarabağın-tərc.) statusuna heç cür təsir etmir.

Qoy Serj Sarkisyan, Robert Koçaryan və Bako Saakyan Vitali Balasanyanın dili ilə deyil, birbaşa bəyan etsin ki, bu planı dəstəkləyirlər.

Tərcümə Strateq.az-ındır

 

Əvvəlki yazı

“Bu, ölkənin konstitusion quruluşuna qəsddir” –YAP

Sonrakı yazı

“Ailəsi şikayətçi olmasa belə, Fuad Qəhrəmanlı həbs oluna bilər” – hüquqşünas

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.