04-03-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Şanlıurfa və Battalqazidən Qarabağa könül körpüsü” adlı tədbir keçirilib

03 Avqust 2018, 19:43
Cəmiyyət
A A
“Şanlıurfa və Battalqazidən Qarabağa könül körpüsü” adlı tədbir keçirilib

Millət vəkili dos.dr.Qənirə Paşayevanın başçılıq etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin dəvəti ilə qardaş Türkiyə Cümhuriyyətinin Şanlıurfa Böyükşəhər bələdiyyəsinin başqanı Nihat Çiftçi, Malatyanın Battalqazi bələdiyyəsinin başqanı Səlahəddin Gürkan, GAP Media mənsubları Cəmiyyətinin başqanı Hamit Özpolat və “Duru TV”-nin baş müdiri Mehmet Canbekdən ibarət heyətin iştirakı ilə“Şanlıurfa və Battalqazidən Qarabağa könül körpüsü” adlı tədbir keçirilib.Yunus Əmrə İnstitutunda keçirilən tədbirdə çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva qonaqları salamlayaraq, qardaş Azərbaycanın həm də onların vətəni olduğunu vurğulayıb və bildirib ki, türk bələdiyyə başqanları ilk dəfədir Azərbaycana səfər edirlər. Tədbirin məqsədindən danışan millət vəkili türkiyəli qonaqların ölkəmizdə bir sıra dövlət qurumları, xüsusilə də Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, Abşeron rayon icra hakimiyyətinin rəhbərliyi, bir sıra vətəndaş cəmiyyətində fəal olan qeyri-hökumət təşkilatları, millət vəkilləri, iş adamları birlikləri, KİV təmsilçiləri ilə görüşlər keçirdiyini, gələcəkdə əməkdaşlıqların daha da güclənməsi istiqamətində müzakirələrin aparıldığını diqqətə çatdırıb. “Qonaqlarımızın məqsədi ölkəmizi daha yaxından tanımaqdır.Qeyd edimki,Şanlıurfa tariximizdə mühüm izlər qoymuş Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin əsas mərkəzlərindən biri olub.Bura çox qədim tarixə malikdir və tariximizin önəmli hissələrindən olan Ağqoyunlu və Qaraqoyunlu imperiyalarının əsas mərkəzlərindən olub.Zaman-zaman burada Qarabağ həqiqətləri və Xocalı soyqırımı ilə bağlı bir sıra tədbirlərdə iştirak etmişik.”— deyə millət vəkili bildirib. Millət vəkili Qarabağ həqiqətlərinin mütəmadi olaraq, Türkiyə ictimaiyyətinə daha geniş formada çatdırılması üçün bir sıra önəmli işlərin davam etdirildiyini vurğulayıb. O bildirib ki, Şanlıurfaya səfər zamanı Şanlıurfa bələdiyyəsi ilə orada Qarabağ parkının açılışı ilə bağlı razılıq əldə edilib: “Şanlıurfaya səfərimiz zamanı görüşlərin bəhrəsi öz nəticəsini verdi. Bu ilin oktyabrında Şanlıurfada Azərbaycan bulvarı və Qarabağ parkının açılış mərasimi olacaq. Təklifimizi qəbul etdikləri üçün Şanlıurfa bələdiyyə başqanına təşəkkür edirəm”. Millət vəkili Q.Paşayeva Battalqazidə (Malatya) dəfələrlə səfərdə olduğunu, orda Qarabağ ağrımız, Xocalı Soyqırımı, Azərbaycan həqiqətləri ilə bağlı konfranslar verdiyini və həmin tədbirlər çərçivəsində Battalqazi bələdiyyəsinin başçısı ilə görüşdüyünü və bu görüşlər zamanı Azərbaycanımız, gözəl Qarabağımızın adının parklara, bulvarlara, mərkəzlərə verilməsini təklif etdiyini və hər zaman bu təkliflərin yüksək səviyyədə qəbul olunduğunu deyib. Battalqazidə ən böyük bölgənin Qarabağlılar adlandığını deyən millət vəkili Q.Paşayeva Battalqazi bələdiyyəsinin başçısı S.Gürkana təşəkkür edirik ki, o, Battalqazinin mərkəzində gözəl Qarabağ parkının açılmasına dair təklifimizi yüksək səviyyədə qəbul etdi və inşallah yaxın zamanlarda həmin parkın açılışında birlikdə iştirak edəcəyik dedi. Battalqazinin çox qədim bölgələrdən biri olduğunu deyən millət vəkili inanırıq ki, bu qədim bölgə ilə əməkdaşlığımız daha da genişlənəcək deyə qeyd etdi. Millət vəkili Q.Paşayeva Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə ümidvar olduğunu bildirib və əməkdaşlıq sayəsində o gözəl yurd yerlərimizdə Şanlıurfa, Battalqazi kimi parkların açılacağını vurğulayıb. Türkiyə Cümhuriyyətinin Şanlıurfa Böyükşəhər bələdiyyəsinin başqanı Nihat Çiftçi Azərbaycanda olmaqdan məmnun olduğunu söyləyib və bu cür səfərlərin iki ölkə arasında əməkdaşlıqları daha da gücləndirdiyini vurğulayıb. O həmçinin oktyabr ayında Qarabağ parkının və Azərbaycan bulvarının açılışına Azərbaycandan da  nümayəndələri dəvət edib. Malatyanın Battalqazi bələdiyyəsinin başqanı Səlahəddin Gürkan Yunus Əmrə İnstitutunda belə bir tədbirin təşkil edilməsini əlamətdar hadisə olduğunu vurğulayıb. GAP Media mənsubları Cəmiyyətinin başqanı Hamit Özpolat iki ölkə arasında müxtəlif sahələrdə, parlamentlər, dövlət strukturları, eləcədə media sahəsində əlaqələrin daha da inkişafına, əməkdaşlığın vacibliyinə toxunub. O bildirib ki, bu cür səfər və layihələr bu işlərdə olduqca vacibdir.GAP Media mənsubları Cəmiyyətinin başqanı Həmid Özpolad çıxışında həmçinin Dağlıq Qarabağ məsələsinə toxunub: “Kədəriniz kədərimiz, sevinciniz sevincimizdir. Türkiyədə, Anadoluda Qarabağ məsələsi və Xocalı soyqırımından danışanda hər kəsin ürəyi ağrıyır”. “Duru TV”-nin baş müdiri Mehmet Canbek Azərbaycana səfərlərini müsbət qiymətləndirib və bildirib ki, əməkdaşlığın genişlənməsi və qarşılıqlı görüləcək işlər iki dost və qardaş xalq arasında əlaqələri daha da gücləndirəcək. Millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri  Arzu Bağırova qonaqlara Azərbaycanın qədim tarixini, qədim Qobustanı özündə əks etdirən hədiyyələri və materialları təqdim ediblər və sonra QHT rəsmilərini, KİV nümayəndələrini, aydınları maraqlandıran suallar geniş müzakirə olunub, suallar cavablandırılıb. Şanlıurfa və Battalqazi bələdiyyə başqanları bütün azərbaycanlıları  bu bölgələrə dəvət çağırışını ediblər. Daha sonra mövcud əməkdaşlıq perspektivləri müzakirə edilib və Qarabağ həqiqətlərinin Türkiyə ictimaiyyətində təbliği istiqamətində görüləcək işlərlə bağlı təkliflər səsləndirilib, iki ölkə şəhərləri arasında qardaş şəhərlərin seçilməsinin vacibliyi vurğulanıb. Qeyd edək ki, tədbirdə millət vəkilləri, QHT rəsmiləri, yazarlar, şairlər, ziyalılar, təşkilat və KİV nümayəndələri iştirak ediblər.

 

Əvvəlki yazı

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında nöqsanlar aşkarlanıb

Sonrakı yazı

Hacı Mazan Xəzər TV-nin əməkdaşlarına hücum çəkdi, ev sahibini döydürdü – VİDEO

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.