Salyanda dəhşət: arvadını bıçaqla öldürdü

1 Noyabr 2019 - 14:03
101 oxunma

Salyanda baş verən qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 1-i saat 12 radələrində Salyan rayonu ərazisində 1983-cü il təvəllüdlü İlahə Hüseynovanın üzərində bıçaq xəsarəti olan meyitinin yaşadığı evdə aşkar olunması faktı ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

“İlkin istintaqla hadisənin İ.Hüseynovanın həyat yoldaşı, 1982-ci il təvəllüdlü Salyan rayon sakini Nahid Hüseynov tərəfindən ailə münaqişəsi zəminində bıçaqdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Nahid Hüseynov şübhəli şəxs qismində istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”, – məlumatda bildirilib.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"