Saleh Məmmədov və Əvəz Qocayev vətəndaşlarla görüşüb – Fotolar

20 Sentyabr 2019 - 14:37
1901 oxunma

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov 20 sentyabr 2019-cu il tarixində Sabirabad rayonunda vətəndaşları qəbul edib.

Reportyor.info-ya verilən xəbərə görə, qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Sabirabad RİH-nin başçısı Siraqəddin Cabbarov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra Sabirabad rayon Heydər Əliyev mərkəzində keçirilən qəbulda Sabirabad və Saatlı rayonlarından olan 20-dən artıq vətəndaşın müraciət və şikayətlərinə baxılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə İmişli rayonunda vətəndaşları qəbul edib. Qəbuldan öncə İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev və İmişli RİH-nin başçısı Vilyam Hacıyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

İmişli rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı İmişli rayonundan olan 15-dən artıq vətəndaşın müraciətinə baxılıb. Hər iki qəbul zamanı müraciətlər əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"