Salam Sarvan “FİKİR” yaratdı

12 Oktyabr 2019 - 11:32
227 oxunma
Şair Salam Sarvan “Fikir” adlı ictimai birlik təsis edib.
Birlikdən Reportyor.info-ya verilən məlumata görə, yaxın vaxtlarda ciddi layihələrə start veriləcək. Əsas hədəf Azərbaycanın mədəni məkanında baş verən hadisələrə dürüst, hər cürə konyukturadan uzaq münasibətin formalaşmasına təkan vermək, təbliğ ediləcək mədəni dəyərlərin seçimində ədalətə əsaslanmaqdır.
Əsas istiqamətlərdən biri də ədəbi mühitdəki, ədəbiyyat təsərrüfatındakı böyük xaosda vicdanlı təhlillər, şəffaf müsabiqələr yoluyla aydınlıq yaratmağa çalışmaq, ictimai rəyin çaşdırılmasına imkan verməmək, layiqlilərin haqlarını önə çəkməkdir.
Qeyd edək ki, “Fikir” ictimai birliyi Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"