Şahzadə Qaşıqçı ilə telefonla danışıb – qətldən əvvəl…

22 Oktyabr 2018 - 14:59
75 oxunma

Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman öldürülməzdən əvvəl jurnalist Camal Qaşıqçı ilə telefonla danışıb.

“Report” “Yeni Şafak”a istinadən xəbər verir ki, şahzadə onu dilə tutaraq Səudiyyə Ərəbistanına qaytarmağa cəhd göstərib. Ancaq Camal Qaşıqçı Səudiyyə Ərbistanında həbs ediləcəyindən və öldürüləcəyindən ehtiyatlanaraq onun təklifindən boyun qaçırıb.

Qəzetin yazdığına görə, jurnalist bundan sonra qətlə yetirilib.

Qeyd edək ki, oktyabrın 2-də jurnalist Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Ancaq oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq, jurnalistin Konsulluğun binasında öldürüldüyünü etiraf edib. Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman Camal Qaşıqçının ailəsinə başsağlığı verib.

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 23-də Camal Qaşıqçının qətli ilə bağlı bütün həqiqətləri açacağını bildirib. O, oktyabrın 22-də bu məsələni ABŞ Prezidenti Donald Trampla müzakirə edib.

Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"