10-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Şahin Mustafayevin də ailə biznesi üzə çıxdı

23 Dekabr 2019, 10:58
Manşet, Banner
A A
Şahin Mustafayevin də ailə biznesi üzə çıxdı

Baş nazirin yeni təyin olunmuş müavininin Türkiyədə oğlu Abdullanın adına qurduğu şirkətlərə nağd sərmayə qoyuluşu 3,6 milyon lirə, indiki məzənnə ilə təxminən 1 milyon manatdır.

O, 2008-ci ildən ölkənin iqtisadiyyatına cavabdeh quruma rəhbərlik edib. Sahibkarlara məbləği milyonlarla dollarla ölçülən investisiya təşviqi sənədi, eləcə də güzəştli kreditlər verən qurumlara rəhbərlik etsə də, Şahin Mustafayevin adı indiyədək – keçmiş rusiyalı həmkarı Aleksey Ulyukayevdən fərqli olaraq – rüşvət alma qalmaqallarında nə rəsmi, nə də qeyri-rəsmi şəkildə hallanıb.

Hərçənd, bir çox müşahidəçi digər strateji hökumət qurumları kimi İqtisadiyyat Nazirliyində də bu yaxınlaradək bütün vertikal üzrə əmək haqqından əlavə mənşəyi məlum olmayan “paket maaşının” verildiyini deyirlər. Hər halda o, hökumətdəki bəzi həmkarları kimi oliqarx olaraq tanınmayıb. Amma görünür, o da qaynağı qaranlıq olan pullarını “qara gün üçün” xaricə, “daha etibarlı limana” daşımaq haqda tədbirlər alıb.

Şahin Mustafayevin əmək kitabçasında özəl bölmədə çalışmağına dair cəmi bircə qeyd ver. Dövlət müstəqilliyinin ilk illərində özəl şirkətlərin birində mühasib işləyib. 1992-ci ildən dövlət qurumlarında çalışıb və karyera pillələri ilə irəliləyib. Vergilər Nazirliyində, Dövlət Neft Şirkətində (SOCAR) yüksək vəzifələrdə işləyib. 2008-ci ilin prezident seçkilərindən sonra İqtisadiyyat naziri postuna gətirilib. Kadr dəyişiklikləri dalğasında bu ilin oktyabrında Baş nazirin müavini təyin olunan Ş.Mustafayev sən demə, 2015-ci ildə baş verən devalvasiya ərəfəsində qonşu ölkənin iqtisadiyyatına sanballı yatırım edibmiş. Britaniyada təhsil alan 20 yaşlı oğlu Abdulla 2014-cü ilin sonlarında İstanbulda iki şirkətə payçı kimi qoşulub.

Tələbə-işadamı

Abdulla Mustafayev 2014-cü ilin dekabr ayının 18-də azərbaycanlı işadamı Müşfiq Həsənovdan “Prestij Aracılik Hizmetleri İthalat-İhracat Pazarlama Sanayi Ticaret Limited” şirkətini satın alıb. Şirkət İstanbul, Lütfüpaşa küçəsindəki Hacı Bəy İş Mərkəzində yerləşir.

1993-cü ildə İstanbulda yaradılan bu şirkət Azərbaycandan olan ilk ortağı 2008-ci ildə qəbul edib. Mebel sənayesində çalışan 56 yaşlı Məşhur Məmmədov həmin il şirkətin səhmlərinin 90 faizini alıb. O zaman şirkətin kapitalı hələ 400 min lirə idi. 2014-cü ildə şirkət artıq bütövlüklə M.Həsənova məxsus idi. Səkkiz aydan sonra, dekabrda Müşfiq Həsənov nizamnamə kapitalını 3 milyon lirəyə qaldırdığı şirkəti 20 yaşına qədəm qoyan Abdulla Mustafayevə satıb. Abdulla Türkiyənin notariat ofisinə qeydiyyat yeri kimi Bakıda ailəsinin mənzilinin ünvanını (Hüseyn Seyidzadə küçəsi, ev 7, m. 54) təqdim edib.

Maraqlıdır ki, 2015-ci ilə aid sənədlərə görə, Müşfiq Həsənovun da qeydiyyat yeri kimi həmin mənzil göstərilib. 2015-ci ilin fevralında Abdulla “Prestij Aracılik Hizmetleri” şirkətindəki payların 20 faizini yenidən Müşfiq Həsənova ötürüb. Nəhayət, bu ilin sentyabrında şirkət yenidən Abdulla Mustafayevin, London İqtisadi və Siyasi Elmlər Məktəbinin (LSE) mühasibat və maliyyə ixtisası üzrə magistr dərəcəsi ilə məzununun nəzarətinə keçib.

2014-cü ilin sentyabrında Məşhur Məmmədov, Müşfiq Həsənov və Abdulla Mustafayevin iştirakı ilə İstanbulda “ABM Construction Mimarlık Sanayi ve Ticaret Limited” şirkəti yaradılıb. O zaman LSE-də menecment ixtisası üzrə bakalavr səviyyəsində təhsil alan A.Mustafayevin adından şirkətin kapitalına 600 min lirə yatırlıb. Dereağzı məhəlləsindəki Bilal küçəsi, ev 3-də yerləşən və təsis sənədlərinə görə mənzil tikintisi ilə məşğul olan şirkətə ortaqlar toplam 1 milyon lirə sərmayə qoyublar. Bu şirkətə dair sənədlərdə A. Mustafayevin ev ünvanı olaraq həm də Bakı şəhəri, Həsən Əliyev küçəsi, ev 24, mənzil 13 göstərilir.

İngiltərəyə 16 yaşında gedən Abdulla əvvəlcə Concord kollecində, daha sonra isə LSE-də (2012-2015 və 2018-2019-cu illər) oxuyub. Onunla birlikdə bu universitetdə Azərbaycan Beynəlxalq Bankının MŞ-nin üzvü, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Xalid Əhədov da təhsil alıb.

Abdulla Mustafayev universitetə daxil olmazdan qabaq da atasının əlini kürəyində hiss edib. İqtisadiyyat Nazirliyinin nəzarətində olan “Azərbaycan İnvestisiya Şirkəti” ASC-də təcrübə keçib. Magistr dərəcəsi almaq üçün yenidən Londona 2018-ci ildə gedərkən isə SOCAR-da, bir vaxtlar atasının vitse-prezident kimi çalışdığı şirkətdə ilyarım iqtisadçı vəzifəsində işləyib.

Ortaqlar və tanınmış adlar

Müşfiq Həsənov 2009-cu ildə Bakıda yaradılan “Gilə-MVX” MMC-nin üç təsisçisindən biri və ilk direktorudur. Şirkətin qeydiyyat ünvanı (Bakı şəhəri, D. Bünyadzadə küç., ev 9, m. 66) həmtəsisçi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin (ASİHMDK) İstehlak bazarına operativ nəzarət şöbəsinin müdiri işləmiş Bəybala İsmayılovun mənzilidir. Onun həyat yoldaşı Vəsilə İsmayılova bu şirkətin təsisçilərindəndir.

Bir neçə il öncə vəzifəsini tərk edən B.İsmayılov indi “İstehlak Malları və Xidmətləri Sahəsində Maarifləndirmə” İctimai Birliyini yaradıb. Təkcə bu il dövlətdən sağlam qidalanma və ətraf mühitin mühafizəsi ilə bağlı layihələrin icrası üçün 15 min manat məbləğində qrantlar alıb. ASİHMDK-nın rəisi Zahid İsayevi də bu şirkətə başlayan tellər var. Onun həyat yoldaşı Xalsa İsayeva həmtəsisçi və “Gilə-MVX” MMC-nin hazırkı direktorudur.

Şahin Mustafayevin oğlunun Məşhur Məmmədovla ortaqlığı ikincinin Azərbaycandakı biznesinin irəliləməsinə də yardımçı olub. İqtisadiyyat Nazirliyinin nəzdindəki Sumqayıt Kimya Sənaye Parkının (SKSP) ərazisində Peşə Tədris Mərkəzinin, emalatxana qazanxanalarının, texniki su anbarlarının, nasosxananın, estakadanın və 16 mərtəbəli inzibati binanın tikintisi M.Məmmədovun “Progress Construction” şirkətinə verilib. Buradakı Peşə Tədris Mərkəzinin avadanlıqla təchiz olunması da bu şirkətə tapşırılıb.

Bundan başqa, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) – nazirliyin digər qurumunun sifarişi ilə Neftçala Sənaye Məhəlləsinin avadanlıq və inventarla təminatını “Progress Construction” MMC icra edib. Şirkətin müsabiqələr yolu ilə seçildiyi bildirilir. Ümumiyyətlə, 2014-2018-ci illərdə SKSP və AİŞ bu şirkətə 7 müqavilə üzrə 47,1 milyon manat ödəyib.

İş çevrələrində Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədri Məşhur Məmmədovun biznesini Elşad Abbasovla çiyin-çiyinə qurduğunu deyirlər. Onlar Azərbaycanın ən iri mebel istehsalçılarından olan “Embawood” şirkətinin, “Embafinans” Bank Olmayan Kredit Təşkilatının təsisçilərindəndir. Azərbaycanda və ölkə xaricində (Gürcüstan, Ukrayna və Qazaxıstan) mebel istehsal edən “Embawood” qrupunun aktivləri 100 milyon manatı aşır. 2018-ci ildə “Embawood” MMC-də M.Məmmədovun iştirak payı 32 faizdən 23 faizə düşüb. Şirkətə yeni payçıları arasında indi İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovun həyat yoldaşı Nərminə Həsənova da var.

A.Mustafayev Türkiyədəki biznesi barədə ona ünvanlanan suallara cavab verməyib. Baş nazirin müavini Ş. Mustafayev də ona Nazirlər Kabinetinin mətbuat xidməti vasitəsilə təqdim olunan sorğunu cavabsız qoyub.

“Əvəzində sorğu göndəriləndən bir həftə sonra, dekabrın 3-də, Abdulla Mustafayev şirkətlərin birindəki payını şəriklərə sataraq ortaqlıqdan çıxıb”

Əvvəlki yazı

Tramp Consonu Ağ Evə dəvət etdi

Sonrakı yazı

Putin Əliyevi təbrik edib

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.