13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Sahil Babayevin bacarmadığı komanda: Nazirlik daxilində gizli şəbəkə

27 Noyabr 2018, 13:25
Araşdırma
A A
Sahil Babayevin bacarmadığı komanda: Nazirlik daxilində gizli şəbəkə

Sosial sahədə düzəlməli olan vəziyyət kimlərə görə “düz əyilir”? Çünki Nazirlikdə bəziləri baş verənlərdən nəticə çıxarıb, normal işləmək əvəzinə, hələ də korrupsiya və rüşvətdə hər zamanın ası olanları müdafiə edib, ara sakitləşən kimi onların əli ilə yenə qızıl balıq tutmaq kimi köhnə xəyallarla yaşayır. Yoxsa belə olmasaydı Əjdər Cəbiyevin yaxın dostları olan Gülnarə Salahova və Rza Əhmədov nəinki çoxdan o sistemdən qovulmuşdu, hətta onlar məsuliyyətə cəlb olunmuşdu. sistemlətanışlığı olan hər kəs bilir ki, bu adamlar Əjdər Cəbiyevin əsas pul daşıyanları olub. Zamanında kasıb vətəndaşların başına olmazın oyunlar açıblar. Əcəba onlar nədən yenə “şirin” oldular. Olmaya onlar yenə lazım olacaq? Onları himayə edənlər birmənalı şəkildə bilməlidirlər ki, onları himayə etməklə, onların etdikləri günahlara, şərəfsizliklərə də şərik olurlar və buna görə vaxtı çatanda onlar da cavab verməli olacaqlar. Yaxşı olar bunu heç zaman unutmasınlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı cumhuriyyet.az-a maraqlı məlumatlar daxil olub. Bu məlumatda bildirilirl ki, hələ 2015-ci ilin oktyabr ayında Səlim Müslümov Yasamal “sabez”inə yoxlama göndərir. Yoxlama bir neçə işçidə vətəndaşlara aid yardım kartı və direktor Gülnarə Salahovada 90 minlik rüşvət siyahısı aşkar edir. Həmin işçilərin bankomatlardan şəkilləri çıxır və onlar işdən azad olunur. Gülnarə Salahova və Bünyadzadə Günəş Əjdər Cəbiyevlə hər cür yaxın əlaqəyə malik olduqlarına görə işdən çıxarılmırlar. (İnternetdə Gülnarə Salahova yazıb axtarışa versəniz görərsiz o hansı əməllərin sahibi olub). Bundan sonra  Gülnarə Nəsimi rayon “sabez”inə direktor göndərilir. O vaxtdan Nəsimi fondunda direktor müavini vəzifəsində işləyirdi. Sahil Babayev nazir olduqdan sonra vəzifəsi daha da böyüyüb: DSMF Sumqayıt şəhər şöbəsinə, ordan isə DSMF Xətai rayon şöbəsinə direktor müavini göndərilib. Belə bir adamı vəzifədə saxlayıb vəzifəsini böyütməklə heç inanmaq olmur ki, islahat aparmaq olsun. Baş verənlərlə bağlı cumhuriyyet.az-a daxil olan başqa bir məlumata görə, Günəş Bünyadzadə isə DSMF Nərimanov rayon şöbəsində Sosial müavinətlər və Ünvanlı sosial yardım sektorunun müdiri vəzifəsində işləyir. Hər ikisi indinin özündə də Əjdər Olla sıx əlaqə saxlayırlar. İşdən çıxarılanlardan Səlim Müslümovun qohumu Zaur Rəsulov isə bir ildən sonra yenidən DSMF Beyləqan rayon şöbəsində işə qəbul olunub və hazırda DSMF Xətai rayon şöbəsində sektor müdiri vəzifəsində işləyir. Axı dünya niyə dağılmır? Bu həmin Zaur Rəsulovdu 2015-ci ildə Yasamal ƏSMM-də məsləhətçi olduğu halda Səlim Müslümovla kəndçi olmağından istifadə edərək baş məsləhətçi kimi ünvanlı sosial yardım sənədlərini qəbul edərək kasıbların yardımlarının 6 ayını mənimsəyib. Yoxlama zamanı Kapital Bankdan çıxarışlar zamanı şəkilləri çıxıb. Buna görə Səlim Müslümov məcbur qalıb onu işdən çıxarıb. Bu adam işlədiyi dövrdə bütün qanunları pozaraq ailəsinə, yoldaşının adına sosial yardım təyin edibmiş. Məsələnin üstü açılandan sonra məcbur qalıb həmin sənədi ləğv ediblər. Fuad adlı işçi isə Rza Əhmədovun qohumudu. DSMF Yasamal rayon şöbəsində arxiv işinə düzəldilib. Təhsili belə yoxdur. Görün fond kimin ümidinə qalıb. Fuad ünvanlı sosial yardım işlərinin evlərə gedərək yoxlamasını aparır. Arxivdən əvvəllər yardım alanlara zəng edərək onlara yardım düzəldir, onların 5-6 ay pulunu mənimsəyir. DSMF Yasamal rayon şöbəsinin sektor müdiri Həsənov Oktay isə Sabirabadda müdir olub rüşvət üstündə işdən çıxarılıb sonradan Yasamal ƏSMM-də sektor müdiri işinə düzəlib. Əjdər Cəbiyevin sayəsində işdə qalıb. Bu adamlar o sistemdə potensial təhlükəli adamlardı.
Əjdər Cəbiyevin pul kisəsi olan Rza Əhmədov isə Yasamal rayon ƏSMM-də ünvanlı yardımda işçi, direktor müavini sonra isə Əjdər Cəbiyevin himayəsi ilə Xəzər rayon ƏSMM-də direktor müavini işləyib. Xəzər ƏSMM-də işləyəndə ünvanlı sosial yardıma ən çox -pul bu rayona digərləri ilə müqayisədə 3-4 dəfə çox ayrılıb. Rza Əhmədov Əjdər Cəbiyevə hər ay 80-90 min manat pul verirmiş. İşdən çıxarılana qədər DSMF Xəzər rayon şöbəsində ünvanlı sosial yardım sektorunda sektor müdiri işləyib. Yenə yardım pullarını özbaşına mənimsəyirmiş. Əjdər Cəbiyevə arxayın olaraq direktoru belə saya almırmış. Direktoru Səlim Müslümova şikayət edəndən sonra işdən çıxarılıb. Bankomatlardan onun yardım təyin etdiyi ünvanlı sosial yardım işlərinin çıxarışları çıxarılsa bütövlükdə onun şəkilləri çıxacaqdır. Əgər nazirlikdən kimsə ona desə ki, sənin şəkillərin var bankomat çıxarışlarında qaçıb gizlənməyə siçan deşiyi axtarar. Diplomu belə saxtadı. Güya Elşad Abdullayevin ABU-sunda nəqliyyat diplomunu alıb. Bal toplayaraq keçmiş TQDK vasitsəsi ilə deyil, rüşvətlə, saxta yolla ora qəbul olunub. Ən dəhşəti isə ondan ibarətdir ki, yenidən işə bərpa olub və hətta Nazirlik onu yoxlamaya göndərib. Bu adamlara himayədarlıq edən Nazirliyin rüşvətxor məmuru haqqında ən ilginc faktları növbəti yazımızda oxuya bilərsiniz. Bəli, nə qədər ki, belə adamlar o sistemdə qalacaq deməli vəziyyətin düzəlməsinə ümid etmək olmaz, olsa-olsa vəziyyət ancaq düz ƏYİLƏCƏK.

Rauf  Nəbiyev

Əvvəlki yazı

Milli Məclisin qarşısında etiraz aksiyası keçiriləcək- “Rəfael Cəbrayılov mandatdan məhrum edilsin”

Sonrakı yazı

Yetim Eyvazın oğlu qadın oldu – Video

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.