06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Sahil Babayev böyük güclərlə üz-üzə gəlib

01 İyul 2018, 10:30
Cəmiyyət
A A
Sahil Babayev böyük güclərlə üz-üzə gəlib

Yeni nazir işçi qrupun fəaliyyətinə xitam verərək TSEK-lərdəki yoxlamaları dayandırıb; Birinci vitse-spiker, baş nazirin müavini və digər vəzifəli şəxlərin qohumları ilə mübarizə müşkülə çevrilib

Üç aya yaxındır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müsbət mənada dəyişikliklər başlayıb. Səlim Müslümov nazir vəzifəsindən çıxarıldıqdan sonra onun yerinə təyin olunan Sahil Babayev sistemdə ciddi dönüş yaradacağını bəyan edir.

Yeni nazir öncə sələfi S. Müslümovun komandasını nazirlikdən uzaqlaşdırmağa başladı. Daha sonra məşğulluq, əlilliyin təyin olunması, reabilitasiya mərkəzləri və digər strukturlarda ciddi dəyişikliklərə zərurət olduğunu bildirərək yoxlamalara start verdi.

Heç kimə sirr deyil ki, cəmiyyətdə ən çox narazılıq yaradan və korrupsiya şəbəkəsinin olduğu yer əlilliyin təyinatı ilə bağlı sahədir. Belə ki, əlilliyin təyinatı prosesindəki problemlərlə bağlı yeni nazir xüsusi iclas keçirərək sərt addımların atılacağını bildirmişdi. Sahil Babayev nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində müşavirə keçirən zaman demişdi ki, əlillik təyinatlarının həyata keçirilməsində mövcud vəziyyəti qənaətbəxş hesab etmək olmaz:

“Əlilliyin qiymətləndirilməsi prosesi tam qanunvericilik çərçivəsində icra olunmalıdır. Kimin ki, qanunla əlillik qrupu almağa hüququ çatır, onların bu hüququ süründürməçiliyə yol verilmədən, onlarda narazılıq yaratmadan təmin edilməlidir. Digər tərəfdən, əlillik vəziyyətində olmayan şəxslərə bilərəkdən əsassız şəkildə əlillik qrupu təyin edilməsi hallarına yol verilməməlidir”. Belə hallara yol verən əməkdaşların aşkar edilərək heç bir güzəşt olmadan sərt şəkildə cəzalandırılacağını qeyd edən S.Babayev diqqətə çatdırıb ki, ümumilikdə saxta əlillik təyinatlarına yol verilməsi və əlilliyin təyin olunmasındakı süründürməçiliyin qarşısının alınması üçün sistemli tədbirlər görüləcək. Artıq nazirlikdə müvafiq işçi qrupu yaradılıb. Həmin işçi qrupu Səhiyyə Nazirliyinin müvafiq işçi qrupu ilə birgə müəyyən dövr üzrə əlillik təyinatları ilə bağlı araşdırmalar aparır. Bu araşdırmaların nəticələrinə uyğun ciddi tədbirlər görüləcək.

S. Babayev həmçinin, diqqətə çatdırıb ki, əlillərin reabilitasiya səviyyəsi demək olar ki, sıfıra enib.

Maraqlısı odur ki, əlillik təyinatı sahəsindəki nöqsanlar keçmiş nazir Səlim Müslümovun da təyinatdan sonra ilk tənqid etdiyi məsələdir. 2013-cü ildə – təyinatından bir ay sonra S. Müslümov bütün rayonların Tibbi-Sosial Ekspert komissiyaları (TSEK) sədrlərinin iştirakı ilə iclas keçirib. İclasda o, Bakının Xətai, Sumqayıt, Xaçmaz, İsmayıllı-Şamaxı-Qobustan, Ağcabədi-Ağdam, Mingəçevir-Yevlax, Samux-Goranboy-Naftalan, Daşkəsən-Göygöl, Qazax-Ağstafa, Cəlilabad-Biləsuvar, Masallı-Yardımlı, Saatlı-İmişli və Salyan-Neftçala regional TSEK rəhbərlərinin işdən azad olunduğunu bildirərək, onlardan iclası tərk etməyi tələb etmişdi. Lənkəran və Füzuli rayon TSEK-lərinin rəhbərləri isə işdən azad olunaraq həkim vəzifələrinə keçirilmişdi.

Düzdür, sonradan bəzi TSEK rəhbərləri yenidən öz vəzifələrinə bərpa olunmağı bacardılar. Lakin S. Müslümovun bu addımı hamıda əlilliyin təyinatı sahəsindəki biabırçılıqlara son qoyulacağına böyük ümidlər yaratmışdı. Xüsusilə Bakıda bir neçə həkimin əlillik təyinatı ilə bağlı rüşvət alarkən yaxalanmasından sonra əhali bu sahədə, nəhayət ki, rüşvətxorluğa son qoyulacağını gözləyirdi.

Maraqlısı odur ki, S. Müslümov o zaman 3 mindən çox şəxsi nazirlik sistemindən kənarlaşdırmışdı. Amma Sahil Babayev daha humanist davrandı. Bir neçə əsas fiqur “vurulandan” sonra proses səngidi.

Xatırladaq ki, Sahil Babayev məlum müşavirədən sonra 4 rayonun TSEK sədrini vəzifədən kənarlaşdırmışdı. Nazirin əmrinə əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin – Sabunçu rayon TSEK sədri Vahid İbrahimov, Qəbələ rayon TSEK sədri Eldar Abbasov, Ağcəbədi-Ağdam TSEK sədri Yaşasın Haqverdiyev və Nərimanov TSEK sədri vəzifədən uzaqlaşdırılmışdı.

“Reytinq”ə daxil olan məlumata görə, yeni nazirin TSEK-lərlə bağlı mübarizəsi uzun çəkməyib. Məlumatlı şəxs deyib ki, Sahil Babayevin “təmizləmə əməliyyatı” bütün sistemi əhatə edə bilməyib:

“Xatırlayırsınızsa, nazir son dövrlər kütləvi şəkildə əlliyin təyin olunma hallarının araşdırılması üçün işçi qrupu yaratmışdı. İşçi qrup bütün rayonlar üzrə TSEK-lərdə yoxlamaya başladı. Hətta ilkin araşdırmalar zamanı minlərlə əsassız əlillik təyinatı halları aşkarlandı. Amma artıq nazir bu iddiasından çəkilib. Yoxlamalar dayandırılıb, işçi qrupun fəaliyyətinə xitam verilib. Hələlik bununla bağlı rəsmi məlumat verilməsə də, bundan sonra hansısa yoxlama aparılmayacaq. Diqqət edirsinizsə, son bir həftədə nazirliyin bu sektorunda durğunluq hökm sürməkdədir. Hətta bir müddət əvvəl sistemə işlənilən “forma 88”-lərə müsbət cavab verilməsi ilə bağlı da tapşırıq verilib. Belə demək mükündürsə, Sahil Babayevin islahat kampaniyası başa çatıb”.

Mənbəmiz deyib ki, əlilliyin təyinatı müştərək həyata keçirilir: “Son uç ildə, yəni elektronlaşma sistemi tətbiq olunandan bəri səhiyyə müəssisələrinin prosesdə rolu artıb. Bu səbəbdən də sözügedən sahədə ciddi islahatlar aparmaq üçün Səhiyyə Nazirliyi də onay verməlidir. Amma yeni nazirin rəsmi və qeyri-rəsmi çağırışlarına baxmayaraq, Səhiyyə Nazirliyinin müvafiq qurumları birgə əməkdaşlıq etməyə meyl göstərmədilər. Bu səbəbdən də Sahil Babayev sistemi tam nəzarətinə almağa müvəffəq ola bilmədi. Ona görə də TSEK-lərdə “təmizləmə” tam nənasında baş tutmadı”.

Qeyd olunur ki, S.Babayevin TSEK-lərin tərkibini dəyişmək istəyinin baş tutmamasının başqa səbəbləri də var və nazir bir neçə TSEK sədrindən başqa digərlərini sistemdən uzaqlaşdıra bilməyib. “Son bir neçə ilə qədər əlilliyin təyinatı prosesində toplanan pullar Tibbi-Sosial Ekspert Komissiyasının sədrlərində cəmlənirdi. Ona görə də sıradan şəxslərin TSEK sədri olması mümkün deyil. Məsələn, araşdırsanız üzə çıxar ki, Tibbi-Sosial Ekspert Komissiyası sədrlərinin əksəriyyəti yüksək vəzifəli məmurların qohumlarıdır. Buna görə də, onların əksəriyyəti uzun illər korrupsiya şəbəkəsi quraraq “alverlərini” edə biliblər. Səlim Müslümov da belə məmurlarla münasibətini gərginləşdirmək istəmirdi və bu səbəbdən bəzi “hərəkətlərə” göz yummağa məcbur olurdu. Amma Sahil Babayev bir neçə həmlə edərək onların bəzilərini zərərsizləşdirə bildi. Öz himayədarına arxayın olan Sabunçu rayon TSEK sədri Vahid İbrahimov da “vuruldu”. V. İbrahimov Prezident Administrasiyasının mühüm fiqurlarından sayılan Əli Əsədovun yaxın qohumudur. Düzdür, Sahil Babayev onu işdən çıxarıb, amma yəqin ki, o da yaxın günlərdə yenidən sistemə qayıda biləcək”.

Məlumatda bildirilir ki, bu sistemdə yeni nazirin “vura” bilmədiyi şəxslər də var. Qeyd olunur ki, Nəsimi TSEK-in rəhbəri Əli Həsənov Milli Məclis sədrinin birinci müavini Ziyafət Əagərovun, Xətai TSEK-ın rəhbəri Əli Əsgərov isə baş nazirin sabiq müavini Abid Şərifovun qohumudur. “Əslində, TSEK-lərdə ciddi qayda-qanun yaratmaq üçün bütün sistemdə islahat aparılmalıdır. Amma görünən odur ki, belə qayda-qanun yaratmaq istəyi yeni nazirə baha başa gəlir. Təbii ki, Sahil Babayevin Ziyafət Əsgərov, Abid Şərifov və digər yüksək vəzifəli şəxslərlə üz-üzə gəlməsi o qədər də inandırıcı deyil. Yəqin nazir daha iri fiqurlarla qarşı-qarşıya gələməmək üçün çox dərinə gedə bilməyib”, – deyə mənbə fikrini tamamlayıb.

Əvvəlki yazı

Arif Alışanovun sürücüsünə: O qızın meyitini torbalarda daşıyan sən deyildin?

Sonrakı yazı

“Whatsapp”dan yenilik- İstifadəçilər kanallar yarada biləcək

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.