“Şah İsmayıl filminə 1 milyon xərcləndi, ortada yox” – Şeyx

28 Noyabr 2019 - 13:37
53 oxunma

“40 il bundan əvvəl Şah İsmayıl Xətai haqda əsər yazmışıq. Ssenari hazırlanıb, təsdiq olunub. İstehsalatda olmuşam. Bir milyondan çox pul xərclənib. Bu günə kimi mənə hələ də bəlli deyil ki, bu işi niyə dayandırıblar?”.

Axşam.az xəbər verir ki, bu sözləri İTV-də yayımlanan “3D” proqramında Xalq artisti, kinorejissor Əbdül Mahmudov (Şeyx Əbdül) iddia edib.

Ə.Mahmudov bildirib ki, filmin çəkilişinə mane olublar:

“Tarixi janrda film çəkilirsə, atı, eşşəyi, samanı milyonlarla pullardır. Ucuz ətin şorbası olmur. 40 il öncə hazırlıq prosesi üçün bir milyon xərclənmişdi. Bu filmə mane olan insanların bir neçəsi artıq dünyasını dəyişib. Onlara rəhmət də düşmür. Bir neçəsi də işdən çıxıb, mən də gedənin arxasınca danışmıram”.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"