Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Əyalət

Şabranda analoqsuz yeyinti: başçı və müavinin əmisi pulları necə silib? – Araşdırma

2018-11-07
in Əyalət
0
Şabranda analoqsuz yeyinti: başçı və müavinin əmisi pulları necə silib? – Araşdırma
0
Paylaşılıb
13
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Maliyyə maxinasiyaları, büdcə talanı, qohum-tanış yaxın şirkətlərin tenderdə qalib elan edilərək dövlət vəsaitlərinin mənimsənilməsi, ailə podratı yaradılması Şabran Rayon İcra Hakimiyyətindən də yan keçməyib

Bu barədə Cahan.info-nun araşdırma qrupunun ortaya qoyduğu sənədlər əsasında Şabranda keçirilən dövlət satınalmalarının pərdəarxası üzə çıxıb.

Gözünə döndüyüm əmi…

Bənzər Yazılar

Gəncədə faciə: ana və iki azyaşlı övladı dəm qazından boğuldu

19 saylı Ərazi Məşğulluq Mərkəzi müdirindən Prezidentə – Şikayət

Nazir: “Restavrasiya və bərpa işlərinə Şuşadan başlanılacaq”

Şabranın icra başçısı Novruz Novruzov illərdir ki, rayona ayrılan milyonları xımır-xımır mənimsəyir. Amma elə bilərsiniz ki, bu maliyyə əməliyyatlarında o təkdir, əsla yox.

Bu maliyyə cinayətlərində Şabran RİH başçısının birinci müavini, YAP-ın Şabran təşkilat sədri Mehdi Balabəyovun əmisi Teyyub Balabəyovun xüsusi iştirakı var.

Belə ki, hələ 2010-2015 ci illərdə rayonda keçirilən tender və kotirovka müsabiqələrinin qaliblərini müəyyənləşdirərkən məlum olub ki, qaliblərdən biri başçı müavininin doğma əmisidir.

N.Novruzov bir icra başçısı kimi müavininin əmisinin şirkətinə etibar edərək büdcədən pullar çırpışdırıb. Teyyub Balabəyov tender müsabiqələrində həm fiziki şəxs, həm hüquqi şəxs qismində “qalib olub”.

Şabran RİH-nin Şabran Şəhər İcra Nümayəndəliyi

Dövlət Satınalamalar Agentliyinin təqdim etdiyi sənədlərdən məlum olur ki, Şabran RİH-nin Şabran Şəhər İcra Nümayəndəliyi tərəfindən elan olunan tenderlərdə “Toğrul-2011” MMC qalib olub.

Adıçəkilən şirkət 2011-ci ildə cari təmir işlərinin satın alınması ilə bağlı 34 872 manatlıq, 2012-ci ildə Şabranda işıqlandırma sisteminin təmir işlərinin satın alınması ilə bağlı 37 153 manatlıq, 2013-cü ildə yenidən Şabranda işıqlandırma işlərinin satınalınması ilə bağlı 37 040 manatlıq, 2014-cü ildə Şabranın abadlaşdırılması üçün bəzək ağacları və gül kollarının satın alınması ilə bağlı 14 935 manatlıq, 2015-ci ildə isə yenidən Şabran şəhərində işıqlandırma işləri ilə bağlı 34 928 manatlıq müsabiqələrin qalibidir.

Amma nə kəramətdirsə, 5 il ərzində bir rayonun işıqlandırılmasına ayrılan pullar yoxa çıxıb, Şabran isə hələ də qaranlığa qərq olub.

Başçı müavini Mehdi Balabəyovun əmisi Şabranın küçələrini zülmət içində saxlamaqdadır və yalnız RİH-nin binası olan yerdə çil-çıraq göz qamaşdırır.

(Şabran şəhərindən görüntü

Beş il ərzində şirkətə ayrılan vəsaitlərin nə qədəri Şabranın işıqlandırılmasına xərcləndiyi qaranlıq olaraq qalmaqdadır.

Teyyub Balabəyovun şirkəti yoxmuş, evdə pul kəsir…

Cahan.info xəbər verir ki, təkcə Şabranın işıqlandırılmasını təşkil etmək üçün keçirilən 109 121 manatlıq müsabiqənin qalibi olan bu MMC-nin qeydiyyat sənədlərində şirkətin hüquqi ünvanı Şabran rayonu, Şabran şəhəri, N.Tusi küçəsi, ev 29 göstərilir.

Həmçinin reyestr məlumatlarına görə, şirkət 2011-ci ilin yanvar ayının 13-də dövlət qeydiyyatına alınıb və qurumun qanuni təmsilçisi Balabəyov Teyyub Balabəy oğludur. Araşdırmalar zamanı məlum olub ki, adıçəkilən ünvanda heç bir şirkət fəaliyyət göstərmir.

Şabran şəhəri, N.Tusi küçəsi ev 29 ünvanında kənardan görənlərə sahibsiz, çoxdan insan nəfəsi dəyməyən, tərk edilmiş bir ev təsiri bağışlayan yaşayış binası yerləşir. Görəsən icra başçısı və müavini həmin evə baş çəkibmi?

Göstərdiyi ünvanda heç kəsin yaşamadığı bir şirkətin isə bu satınalmalarda necə qalib gəldiyi şübhəlidir. Əslində şübhəli də deyil, N.Novruzovla müavini bu vəsaitləri əminin olmayan şirkətinin adı ilə mənimsəyiblər.

Həmçinin rəsmi sənədlərə görə məlum olur ki, 2014-cü ildə Şabran bəzək ağacları və gül kollarının alınması üçün 7122 manat dəyərində müsabiqənin qalibi də adıçəkilən şəxsdir.

Belə ki, bu müsabiqədə qalib elan onunan “Toğrul – 2014” MMC-nin reyestr məlumatlarına görə, 2014-cü ilin aprelin 18-də dövlət qeydiyyatına alınan bu şirkətin hüquqi ünvanı, Şabran şəhəri, N.Tusi küçəsi, ev 32, qanuni təmsilçisi isə Balabəyov Teyyub Balabəy oğludur.

Qeyd olunan ünvanda isə Balabəyov Teyyub Balabəy oğlunun şəxsi evi yerləşir. Ay maşallah, əmi evində iş yeri açıb, pul kəsməklə məşğuldur.

Bu araşdırma və faktlar göstərir ki, operativ şəkildə Hesablama Palatası, Maliyyə Nazirliyi yoxlama aparmalı, Prezident Administrasiyası N.Novruzovun RİH başçısı fəaliyyətinə qiymət verməlidir.

Novruz Novruzovla Mehdi Balabəyovun villaları…

Cahan.info media üzərindən onu da yazır ki, Novruz Novruzovun Şabrana başçı təyin edildiyi gündən atdığı ilk addım rayonun ən qədim məzarlığını sökdürərərək yerini satışa çıxarması olub.

Deyilənə görə, hazırda həmin ərazidə fəaliyyət göstərən obyektlərin bir neçəsi Novruz Novruzova məxsusdur. Ancaq sənədlərdə isə başqa şəxslərin adına rəsmiləşdirilib.

İcra başçısının rayonda gördüyü digər “yenilik” isə Şəhidlər Xiyabanının ərazisinin müəyyən qisminin fərdi yaşayış evləri üçün hissə-hissə satışa çıxarması olub.

Novruz Novruzov rəhbərliyə başladığı dövrdən Şabranda azad sahibkarlığı demək olar ki, sıradan çıxarıb.

Bir neçə il öncə Novruzovun zülmündən qaçıb mətbuata üz tutan şabranlı iş adamı Rasim Həmidov bildirirdi ki, “Şabranda sahəsi 100 və 36 kvadratmetr olan iki ticarət obyekti var.

Həmin dükanlar 21 il işlək vəziyyətdə olub. İcra başçısı üç ildir ki, həmin mağazaları bağlatdırıb, R.Həmidovun sahibkarlıq hüququnu ləğv etdirib, özünü isə məhkəməyə verib.

İcra başçısının və rayonun digər vəzifəli şəxsləri kasıb şabranlıların çıxılmaz vəziyyətindən istifadə edərək onlara məxsus torpaqları qəpik-quruşa öz əllərində cəmləşdirirlər.

Məsələn, bir müddət əvvəl N.Novruzovun rayonun Udulu adlanan ərazisində 400 hektar münbit torpaq əldə etdiyi barədə informasiyalar yayıldı. Həmin məlumatlarda deyilirdi ki, Novruz Novruzov Uduluda tikdirdiyi fermalarda dəvə, qoyun, at saxlayır.

Onu da xatırladaq ki, Novruz Novruzovun varidatı təkcə Şabran rayonunda olan mülklərlə yekunlaşmır. Onun Sumqayıt, Lerik və Bakı şəhərlərində də mülklərinin olduğu bildirilir.

İddia olunur ki, təkcə paytaxtın Badamdar qəsəbəsində olan villasının dəyəri 2 milyon manatdan artıqdır.

Yerli məmurlar tərəfindən sözün əsl mənasında pay-püş edilən Şabranda hər şey başçıya çatmır. Məlumatlara görə, ortada olan “qənimətlər” ədalətli bölünür, müavinlər də “unudulmur”.

Bunun bariz nümunəsi kimi isə Şabranda tikilən ilk üç mərtəbəli villanın RİH-nin 1-ci müavini, YAP-ın rayon təşkilatının sədri Mehdi Balabəyova aid olmasıdır.

M.Balabəyov Şabranın əsas kurort zonalarından biri olaraq tanınan Qalaltı ərazisinin ətrafında çoxlu sayda villalar, kotteclər tikdirir və sonra baha qiymətə müxtəlif şəxslərə satdırır.

Bundan başqa Şabran rayonunda aparılan abadlıq işlərini M.Balabəyovun yaxın dostlarına məxsus şirkətlərin həyata keçirdiyi deyilir.

Və Şabranın son görüntüləri:

 

Oxunub: 800

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

“Elmar Məmmədyarovdan bunu soruşmaq lazımdır”

Sonrakı yazı

“Kontakt Home”dan biabırçılıq - Borcunu ödəməyən qadının şəklini binalara yapışdırdı

Sonrakı yazı
“Kontakt Home”dan biabırçılıq – Borcunu ödəməyən qadının şəklini binalara yapışdırdı

“Kontakt Home”dan biabırçılıq - Borcunu ödəməyən qadının şəklini binalara yapışdırdı

“Edu Times Academy“ şirkəti haqqında yayılmış xəbəri təkzib etdi

“Edu Times Academy“ şirkəti haqqında yayılmış xəbəri təkzib etdi

GÖMRÜKDƏ İNDİ RÜŞVƏTİ BELƏ YIĞIRLAR – “50 manat bas rəisin cibinə, ya da intihar elə” + VİDEO

GÖMRÜKDƏ İNDİ RÜŞVƏTİ BELƏ YIĞIRLAR – “50 manat bas rəisin cibinə, ya da intihar elə” + VİDEO

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

Azərbaycan Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli ölkəyə – lider dövlətə çevrilib

Azərbaycan Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli ölkəyə – lider dövlətə çevrilib

2021-03-08
Test azaldı, yoluxma sayı kəskin endi

Test azaldı, yoluxma sayı kəskin endi

2021-03-08
DİN-dən Bakıdakı aksiyası ilə bağlı açıqlama

DİN-dən Bakıdakı aksiyası ilə bağlı açıqlama

2021-03-08
Pərvin sinə dekolteli olay oldu

Pərvin sinə dekolteli olay oldu

2021-03-08
Daha bir şəhidimiz dəfn olundu

Daha bir şəhidimiz dəfn olundu

2021-03-08
Bakıda feministlərin yürüşü: saxlananlar var – Fotolar/Yenilənir

Bakıda feministlərin yürüşü: saxlananlar var – Fotolar/Yenilənir

2021-03-08
BMT-nin mötəbər tədbirində Ermənistanın cinayətləri ifşa edildi

BMT-nin mötəbər tədbirində Ermənistanın cinayətləri ifşa edildi

2021-03-08
İcra başçısı sabiq məmura vəzifə verdi

İcra başçısı sabiq məmura vəzifə verdi

2021-03-08
Məşhur amerikalı reper qətlə yetirildi

Məşhur amerikalı reper qətlə yetirildi

2021-03-08
Badamdarda sürüşmənin səbəbi açıqlandı – Rəsmi

Badamdarda sürüşmənin səbəbi açıqlandı – Rəsmi

2021-03-08
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

2021-03-08
Zəngilanda postlar quruldu, təhlükəsizlik tədbirləri gücləndirildi

Zəngilanda postlar quruldu, təhlükəsizlik tədbirləri gücləndirildi

2021-03-08
“Feminist aksiyaları Qərbin qrant layihəsidir” – TV rəhbərindən şok açıqlama

“Feminist aksiyaları Qərbin qrant layihəsidir” – TV rəhbərindən şok açıqlama

2021-03-08
“Space“-də daha bir veriliş bağlandı

“Space“-də daha bir veriliş bağlandı

2021-03-08
“Şuşa Azərbaycanındır” deyən erməni qadın

“Şuşa Azərbaycanındır” deyən erməni qadın

2021-03-08
Arutyunyan Qırmızı Bazara gəldi

Arutyunyan Qırmızı Bazara gəldi

2021-03-08
Feministlərin tək dərdi qadına şiddətdir? – Ramin Hacılı danışdı

Feministlərin tək dərdi qadına şiddətdir? – Ramin Hacılı danışdı

2021-03-08
Badamdarda sürüşmə olub, restorana zərər dəyib

Badamdarda sürüşmə olub, restorana zərər dəyib

2021-03-08
Gəncədə faciə: ana və iki azyaşlı övladı dəm qazından boğuldu

Gəncədə faciə: ana və iki azyaşlı övladı dəm qazından boğuldu

2021-03-08
Mehriban Əliyeva: “Şəhid analarının qarşısında baş əyirəm”

Mehriban Əliyeva: “Şəhid analarının qarşısında baş əyirəm”

2021-03-08

Seçmə

  • Bütün
  • SEÇMƏ
Daha bir şəhidimiz dəfn olundu
SEÇMƏ

Daha bir şəhidimiz dəfn olundu

2021-03-08
“Space“-də daha bir veriliş bağlandı
SEÇMƏ

“Space“-də daha bir veriliş bağlandı

2021-03-08
Qazaxın işğaldakı kəndləri qaytarılır – Rus sülhməramlıları ərazidə
SEÇMƏ

Qazaxın işğaldakı kəndləri qaytarılır – Rus sülhməramlıları ərazidə

2021-03-08
Real TV-nin sahibini məhkəməyə verdilər – 2,8 milyon manata görə…
SEÇMƏ

Real TV-nin sahibini məhkəməyə verdilər – 2,8 milyon manata görə…

2021-03-06
Sülhməramlılar erməni qızlara çiçək payladı – Foto
SEÇMƏ

Sülhməramlılar erməni qızlara çiçək payladı – Foto

2021-03-06
Prezident Administrasiyasının 2 şöbə müdiri vəzifəsini itirdi
SEÇMƏ

Prezident Administrasiyasının 2 şöbə müdiri vəzifəsini itirdi

2021-03-05
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

Azərbaycan Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli ölkəyə – lider dövlətə çevrilib

Azərbaycan Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli ölkəyə – lider dövlətə çevrilib

2021-03-08
Test azaldı, yoluxma sayı kəskin endi

Test azaldı, yoluxma sayı kəskin endi

2021-03-08
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

© 2020 Qurdqanli Design.