12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Sabirabadda 6 qadının öldüyü ailə faciəsinin İLGİNC DETALLARI: Traktoru oğlu sürürmüş… – FOTO

10 May 2018, 01:32
Cəmiyyət
A A
Sabirabadda 6 qadının öldüyü ailə faciəsinin İLGİNC DETALLARI: Traktoru oğlu sürürmüş… – FOTO

Daha öncə də xəbər verdiyimiz kimi mayın 7-də Sabirabad rayonunun Şəhriyar kəndində traktorun qoşqusu ayrılaraq, yaxınlıqdakı su kanalına aşıb. Hadisə nəticəsində bir ailənin 6 qadın üzvü ölüb, iki nəfər yaralanıb.

Reportyor.info xəbər verir ki, musavat.com-un əməkdaşı baş vermiş hadisə ilə bağlı daha detallı məlumat almaq üçün Sabirabad rayonunun Şəhriyar kəndinə yollanıb.

Kənd sakinləri hələ də hadisənin şokundan ayılmayıb…

Şəhriyar kəndi Sabirabada əsas girişdən daxil olduqda ardıcıl sıra ilə gələn üçüncü kənddir. Bu kəndin camaatı rayonun digər kəndlərinin sakinləri kimi Rusiyaya getməyib, əsasən əkin-biçin işləri ilə məşğul olurlar. Sabirabadın girişindən etibarən əkin sahələri başlayır ki, bu sahələrdə hazırda əsasən pambıq əkilir. Elə hadisənin qurbanlarının da yolu pambıq tarlasına olub. Əslində, tarlaya aparan kələ-kötür yerləri yol adlandırmaq da çətindir. Sakinlərin sözlərinə görə, illərdir ki, əkin sahələrinə gedən yola bir dəfə də olsun “əl gəzdirən” olmayıb. Bəlkə də elə buna görə, bu yoldan keçən köhnə traktorun qoşqusu dözməyib, qırılaraq kanala aşıb.

Kəndə daxil olduqdan sonra yas yerinə gedənə qədər yol boyu sakinlərlə söhbət edib, hadisə ilə bağlı maraqlandıq. Bildirdilər ki, faciə baş verən gündən etibarən kənd camaatı şokdan ayılmayıb: “Hadisə nəticəsində dünyasını dəyişənlərin hamısı qohumdular. Onların cəsədləri də bir həyətdən götürülüb, kəndin qəbiristanlığında yanaşı basdırılıb. Kənddə hər kəs bu hadisədən danışır. Heç bilmirik ki, günahı kimdə axtaraq. Siz meyitlər qapıdan götürülən zaman yaxınlarının, camaatın vəziyyətini görərdiniz. Hələ indiyə qədər belə ağır faciəyə şahid olmamışıq.” – deyə söhbət etdiyimiz kənd sakinləri bildirdilər.
“Camaat kartof deyil, bizi əkin sahələrinə aparmaq üçün normal maşın təşkil etsinlər”

Sakinlərlə söhbət edə-edə kəndin girişindən çox da uzaq olmayan yas yerinə çatdıq. Kənardan müşahidə etdik ki, mağar qurulan həyətin qapısı qarşısında xeyli sayda avtomobil var. Bütün kənd camaatı yas yerinə gəlib, baş sağlığı verirdilər. Biz də eyni qayda üzrə mağara daxil olub, hadisədə dünyasını dəyişənlərin qohumları ilə görüşmək istədik. Məhrumların yaxınları öncədən xahiş etdilər ki, içəridən çox foto çəkməyək. Bildirdilər ki, bir gündə ailələrindən 6 nəfəri itiriblər, danışmaq, görüntülənmək istəmirlər. Dediklərinə sayğı ilə yanaşdıq.

Dünyasını dəyişənlər bir ailənin üzvləri olduğu üçün həyətdə böyük yas çadırı qurulub, rəhmətə gedənlərin adına ehsan verilirdi. Qohumları danışmaq istəməsə də, onlardan bir neçəsi ilə az da olsa söhbət edib, hadisə ilə bağlı bəzi detalları öyrəndik. Özünü dünyasını dəyişən Xəyalə Qasımovanın qardaşı kimi təqdim edən şəxslə söhbət edib, öyrəndik ki, traktorun sürücüsü də ailənin üzvüdür və dəfn mərasimindən sonra onu hüquq-mühafizə orqanları aidiyyəti üzrə aparıblar. Qohumları bildirdilər ki, hadisədə traktorun sürücüsü olan Əjdər İmanovun heç bir günahı yoxdur: “Kimsə istəməz ki, öz anasının, bacısının, yaxınlarının ölümünə səbəb olsun. Əjdər anasını dəfn etdikdən sonra onu polis idarəsinə apardılar. Əjdəri görsəydiniz başa düşərdiniz ki, əslində o da canlı ölü kimi bir şey idi. Bu hadisənin yükünü o necə qaldıracaq? Ancaq hadisənin baş verməsinin başqa səbəbləri var. Əvvəla bu kəndin yolları çox yararsız vəziyyətdədir. O yollara heç bir texnika dözməz… Heç dözmür də. Dünyasını dəyişənlərdən Məlahət İmanova Əjdərin anasıdır, digər rəhmətə gedənlər isə onun yaxın qohumu Teymurun ailəsinin üzvləridir. İkisi onun öz qızı, biri yoldaşı, digər iki nəfər isə bacısı və bacısının qızıdır. Yəni, hamısı bir ailənin üzvləridir.

Deyim ki, heç pambıqdan xeyir götürmürük. Kasıb ailədir, dolanmaq üçün az qazanc da olsa köməkləşib pambıq əkmişdilər. Hər gün olduğu kimi hadisə baş verən günü də traktorun arxasındakı qoşquya minib gedirdilər əraziyə. Elə pambıq sahəsinə az qalmış kələ-kötür, gedilməsi mümkün olmayan yolda traktorun qoşqusu çıxıb, aşıb yaxınlıqdakı su kanalına. Su kanalının da dərinliyi 6 metrdən çoxdur. Dünyasını dəyişən 6 qadın qoşqunun altında qalıb, sudan çıxa bilməyərək, boğulublar. Onlar qoşqunun üzərindən atlana bilməyiblər. Biz eşitmişik ki, internetdə kimlərsə yazıblar ki, guya sürücü traktoru bərk sürüb və ya traktor istismara yararsız olub və sairə. Birincisi heç kim istəməz ki, öz ailəsinin faciəsinə səbəb olsun. Traktorun köhnə olmasına gəlincə isə, əgər kəndçiyə pambıq əkməyi tapşırıblarsa, əkinçini sahəyə aparan maşını da təşkil etməlidirlər. Nə üçün sovet dövründə maşın verilirdi, indi verilmir? Əkin sahəsi kənddən 12-15 kilometr aralıdadır. Bu camaatın hamısı ora ya at arabası ilə gedirlər, ya da traktorun arxasındakı qoşqu ilə. Yol boyu da suvarma kanallarıdır”.

Yas mərasimində olan digər kənd camaatı da başımıza toplaşıb bildirdilər ki, doğrundan da yolsuzluq, nəqliyyatın olmaması sarıdan əziyyət çəkirlər. Bu ailənin faciəsinin səbəbi kimi də deyilən faktorları göstərdilər:

“Yaxşı, bəs camaat kartofdu ki, “lapet”də sahəyə getsin? Sovet döründə burada maşınların sayı-hesabı yox idi. Camaatı sahəyə aparıb, gətirirdilər. İndi bir ailənin 6 üzvü dünyasını dəyişdi. Daha neçə nəfər ölməlidir ki, bu məsələ həll olsun” – deyə sakinlər bildirdilər.

Sakinlər onu da qeyd etdilər ki, rayonun icra nümayəndələri televiziyalara yanlış açıqlamalar veriblər:
“İcra başçısının birinci müavini televiziya kanallarına deyib ki, guya yaxınlarımız bostana gedirmişlər, başlarına bu cür iş gəlib. Rayonda bəyəm bostan var? Nə üçün açıq şəkildə demir ki, bu camaat pambıq tarlasına gedəndə başına bu cür iş gəlib? Nə üçün demirlər ki, kəndlərin heç birində camaatı tarlaya aparmaq üçün minik vasitəsi təşkil edilmir?”

Yas mərasimindən ayrılıb, məzarlığa gedənə qədər müşahidə etdik ki, gerçəkdən də kənddə sakinlər sahələrə insan üçün təhlükəli, yük qoşqularında gedirlər. Özləri dediyi kimi başqa çarələri də yoxdur. Çünki ərazidə pambıq zavodu tikilsə də, əhaliyə pambıq əkmək tapşırılsa da, rayon icra hakimiyyəti və ya digər müvafiq qurumlar tərəfindən əkinçinin sahəyə necə getməsi məsələsi düşünülməyib. Bəlkə də bunun üçün vəsait də ayrılıb, ancaq aidiyyəti üzrə çatmayıb. Hər halda görünən dağa bələdçi lazım deyil…

Yas çadırında öyrəndik ki, Sabirabad rayon icra başçısı Nazim İbrahimov yas yerinə gəlib, ölənlərin yaxınları ilə görüşüb. Başçı bildirib ki, ailəyə lazımı maddi köməklik ediləcək. Ailə isə bildirdi ki, hələ heç kimdən maddi yardım götürəcək, ümumiyyətlə, bu haqda düşünəcək halda deyillər. Sonda Şəhriyar kəndinin əkin sahəsinə də nəzər saldıq. Müşahidə etdik ki, ərazidə əksiyyəti qadın olmaqla xeyli sayda insan işləyir. Kənarda, ağacların kölgəsində isə onları evlərinə aparmaq üçün hazır olan qoşqulu traktor dayanmışdı.

Qeyd edək ki, hadisə nəticəsində dünyasını dəyişən şəxslər aşağıdakılardır:
1978- ci il təvəllüdlü Bağırova Elnarə Əjdər qızı, 2000-ci il təvəllüdlü Bağırova Zəhra Teymur qızı, 2000-ci il təvəllüdlü Bağırova Fatma Teymur qızı, 1983-cü il təvəllüdlü Qasımova Xəyalə Əbdülhəsən qızı, 1966-cı il təvəllüdlü İmanova Məlahət Mehbalı qızı, 1992-ci il təvəllüdlü Qasımova Günay Tofiq qızı.
Sabirabadda 6 qadının öldüyü ailə faciəsinin İLGİNC DETALLARI: Traktoru oğlu sürürmüş... - FOTO
Sabirabadda 6 qadının öldüyü ailə faciəsinin İLGİNC DETALLARI: Traktoru oğlu sürürmüş... - FOTO
Sabirabadda 6 qadının öldüyü ailə faciəsinin İLGİNC DETALLARI: Traktoru oğlu sürürmüş... - FOTO
Sabirabadda 6 qadının öldüyü ailə faciəsinin İLGİNC DETALLARI: Traktoru oğlu sürürmüş... - FOTO

Əvvəlki yazı

Azərbaycanlı aktrisanı biabır etdilər: Başqasının ərini əlindən alan… – FOTO

Sonrakı yazı

Öləcəyini düşünən xanım əməliyyat otağına dinləmə cihazı yerləşdirdi, eşitdiklərindən şoka düşdü

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.