15-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

SABİQ NAZİRLƏR HAKİMİYYƏTƏ QARŞI BİRLƏŞİB? – Xaricdə mühacirlərlə iş aparırlar

06 Aprel 2018, 10:04
Seçmə
A A
SABİQ NAZİRLƏR HAKİMİYYƏTƏ QARŞI BİRLƏŞİB? – Xaricdə mühacirlərlə iş aparırlar

Üç sabiq nazirin xaricdəki narazı mühacirlərlə əlaqələri olduğu haqda iddialar var

Azərbaycan hakimiyyəti xaricdən yönələn hücumların kimlər tərəfindən aparılması istiqamətində araşdırmalara başlayıb. Belə bir vaxtda hücumlara yön verənlərdən biri kimi baş nazirin sabiq birinci müavini, hazırda xaricdə yaşayan Abbas Abbasovun adı hallanmağa başlayıb. Onun adı rəsmi şəxslərin dilindən də neqativ planda hallanıb, müxtəlif tədbirlərdə hücumların Abbas Abbasov tərəfindən yönləndirilməsinə eyham vurulub.
Abbas Abbasovun adı ötən prezident seçkisi öncəsi hakimiyyətə qarşı planlarda mərkəzi fiqurlardan biri kimi hallanır. Məsələn, prezidentin köməkçisi Əli Həsənov bu günlərdə bildirmişdi ki, 2013-cü il prezident seçkiləri öncəsi Azərbaycana qarşı təzyiqlər olub. O, xüsusi olaraq vurğulayıb ki, həmin qüvvələr yenidən aktivləşib.

Abbas Abbasovun həmin çevrənin öncüllərindən olması kimsəyə sirr deyil. İndiyə qədər bu haqda kifayət qədər yazılar dərc olunub. Onun 2013-cü ildə prezident seçkiləri öncəsi “Milyarderlər ittifaqı”nda hakimiyyətə qarşı fəaliyyətin yada salmaq kifayətdir. Baxmayaraq ki, Abbas Abbasov bu haqda yazılanların həqiqət olmadığını cidd-cəhdlə sübut etməyə çalışır.

Bu məsələlərdə onun yaxın silahdaşı, keçmiş nəqliyyat naziri Ziya Məmmədov da yada düşür. Birgə biznes fəaliyyətləri, siyasi maraqları üst-üstə düşən fiqurlar olaraq Abbasovla Məmmədovun iqtidar komandasından dışlanması səbəblərindən biri də onların xariclə əlaqələrindən qaynaqlanırdı.

İlgili resim

Yada salaq ki, Azərbaycanda vəzifələrini itirəndən sonra əvvəl Abbas Abbasov özü, ardınca isə oğlu Aydın Abbasov  ölkədən getdilər. Nəqliyyat naziri postundan uzaqlaşdırılan Abbasovun silahdaşı Ziya Məmmədovun oğlu Anar Məmmədov da ölkədən gedib.

Aydın Abbasov Türkiyədə məskunlaşsa da, Rusiya ilə sıx əlaqələri haqda bilgilər var. Anar Məmmədovun isə İngiltərədə məskunlaşdığı deyilir. 2015-ci ildən onun ailəsi ilə birgə ölkədən getməsi xəbərləri dolaşır. Onun Azərbaycanda olarkən rəhbərlik etdiyi ailə şirkəti “Garant Holdinq”i   ərəblərə satması haqda da məlumatlar var.

ziya-anar-memmedovlar1518159839

Əllərində böyük maliyyə olan “vurulmuş” 2 məmurun övladlarının atalarına istənilən işdə dəstək vermələri  şübhə doğurmur. Müxtəlif mənbələr də bu iddiaların yaşamaq hüququnun olduğunu qeyd edirlər. Abbas Abbasovun oğlu Aydın Abbasovun Avropadakı mühacirlərin narazı kəsimi ilə əlaqələrinin olduğu deyilir. O cümlədən  Ziya Məmmədovun oğlu Anar Məmmədovun da hazırkı hakimiyyətdən çox ciddi narazılığının olması  barədə iddialar var. Bildirilir ki, Ziya Məmmədovun hakimiyyət komandasından uzaqlaşdırılması Məmmədov klanını çox qəzəbləndirib. Onlar hər fürsətdən istifadə edib Azərbaycan hakimiyyətinə badalaq vurmağa hazırdırlar.

aydin-abbasov-seckilrdn-ckildi5e42fd038a6426e71178

İllər öncə Anar Məmmədov “Azərbaycan Amerika Alyans”ı yaradaraq Azərbaycan hakimiyyətinə lobbiçilik fəaliyyəti ilə dəstək verməsi görüntüsü yaratmağa nail olmuşdu. O dövrdə də hər kəsə bəlli idi ki, əslində Anar Məmmədov daha çox mənsub olduğu klanın lobbiçiliyini edir. Hazırda həmin fəaliyyət dövründə qazanılan təcrübədən Azərbaycan hakimiyyətinə qarşı istifadə edilməsi haqda bilgilər var. 

Ümumilikdə Anar Məmmədov emosional, siyasi hesablamaları olmayan bir gənc kimi xarakterizə olunur. Erkən cavanlığı dövründə bir restoranda ayını kəsdirib kabab çəkdirməsi ilə Azərbaycan ictimaiyyətinin diqqət mərkəzinə gələn Anar Məmmədovun sonrakı addımları da diqqətdən kənar qalmadı. Donald Tramp ABŞ prezidentliyinə namizəd olarkən Anar Məmmədov tələm-tələsik özünün nəzarətindəki saytlarda yazılar dərc etdirməyə başladı.

Həmin yazıların əsas qayəsi Məmmədovlarla Trampın, onun ailə üzvlərinin yaxınlığını ortaya qoymaq idi. Donald Tramp ABŞ prezidenti seçilər-seçilməz Anar Məmmədovun sifarişi ilə yayınlanan “şıltaq” məqaləsi atası, o dövrdə nazir olan Ziya Məmmədova böyük zərbə oldu. Oğul Məmmədovun emosional, tələskən davranışı atasının kreslosunun ixtisara salınması ilə nəticələndi.

Hazırda dünyanı idarə edən, xüsusilə Qafqaz regionunda toqquşan güc mərkəzləri ilə sıx əlaqələri olan Abbasovla Məmmədovun övladları hakimiyyətə qarşı addım ata bilərlərmi? 

Eldar Mahmudov ile ilgili görsel sonucu

Azərbaycan mühacirətinin narazı kəsimi ilə əlaqə qurub məlumat axınını təmin edə bilərlərmi? Əlbəttə ki, onlar hakimiyyətin mübhəmlərinə Eldar Mahmudov qədər bələd deyillər. Eldar Mahmudov 11 ilə yaxın hakimiyyətin içində olaraq elə bir struktura rəhbərlik edib ki, istəməsəydi belə, əlinin altına qalaq-qalaq informasiya toplanacaqdı.

Onu da Abbas Abbasov, Ziya Məmmədov kimi vurub hakimiyyət “gəmisi”nin göyərtəsindən kənar qoyublar. Mümkündür ki, Eldar Mahmudov da hazırda xaricdən səslənən, dilə gətirilən informasiyaların narazı mühacir kəsiminə axınını təmin edib. Onun özü kimi hakimiyyətdən narazı məmurlar Abbasov və Məmmədovla maraqlarının indiki mərhələ üçün birləşdirməsi də istisna deyil. 10 gün sonra prezident seçkiləri keçiriləcək və nəticədən asılı olmayaraq həqiqətlər də üzə çıxacaq(musavat.com).

Əvvəlki yazı

İŞİD-in Avropaya qayıtmaq xəbərdarlığı: Bakı da hazırlıqlı olmalı

Sonrakı yazı

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 101 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb. DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 32 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 43, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3, borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.