02-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Sabiq nazirlər hədəfdə – Məmmədov və Mahmudov müəmması

13 Aprel 2018, 09:31
Cəmiyyət
A A
Sabiq nazirlər hədəfdə – Məmmədov və Mahmudov müəmması

Sabiq nazirlər o qədər irimiqyaslı qanunsuzluqlara yol verib ki, cəmiyyət onların yalnız işdən çıxarılması ilə barışmaq istəmir

Seçki prosesi yekunlaşdı, hakimiyyətə qarşı cəbhə açmış kəsimin idarəçilərinə qarşı savaş başlayır. Məhşər ayağına çəkiləcək şəxslər sırasında ilk yerləri sabiq məmurların tutacağı  haqda iddiaları var.

Ötən saylarımızdan birində Azərbaycan hakimiyyətinin xaricdən ona qarşı yönələn hücumların kimlər tərəfindən təşkil olunması istiqamətində araşdırmalara başlaması haqda yazı dərc etmişdik. Redaksiyamıza daxil olan məlumatlardan belə aydın olurdu ki, hücumlara yön verənlər vaxtilə hakimiyyətdə təmsil olunmuş sabiq nazirlərdir. O nazirlər ki, hakimiyyətdə olduqları illərdə korrupsiya piramidalarının başında dayanıblar. Belə eks nazirlərdən biri kimi hazırda xaricdə yaşayan Abbas Abbasovun adı çəkilirdi. Baş nazirin sabiq birinci müavini olmuş Abbas Abbasovun adı son 2 prezident seçkilərində hakimiyyətə qarşı cəbhənin mərkəzi fiqurlarından biri kimi hallanmaqdadır. Onunla eyni cərgədə dayananlar da vaxtilə hakimiyyətdə təmsil olunmuş eks-nazirlərdir. Bu sırada sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun adları hallanırdı.

Hafiz Hacıyev ile ilgili görsel sonucu

Hazırda sabiqlərin adları yenidən medianın gündəminə gəlib. Hətta seçkiöncəsi çıxışlarında prezidentliyə namizədlər də bu mövzuya geniş yer ayırırdılar. Konkret olaraq Hafiz Hacıyev çıxışlarında Ziya Məmmədovu dövlət çevrilişinə cəhddə ittiham edirdi. Bundan başqa, o, baş nazirin müavini İsmət Abbasovun oğlu, Böyük Britaniyada yaşayan iş adamı Yunis Abbasovun adını da çəkməklə onun antiiqtidar kampaniyasında rol aldığını demişdi. Belə məlumatlar da vardı ki, Yunis Abbasov hökumət əleyhinə olan kəsimə maliyyəçi qismində dəstəyini əsirgəmir. Hafiz Hacıyevin iddiaları bununla da bitmirdi. Ziya Məmmədovun neqativ fəaliyyətindən danışarkən onun Rusiyaya 30 milyon dollar ötürərək Vladimir Putindən prezident olmasına yardım göstərməyi rica etdiyini, oğlu Anar Məmmədovun ABŞ-ın siyasi dairələri ilə keçirdiyi görüşlərdə atasının daha yaxşı prezident ola biləcəyi barədə fikirlər səsləndirdiyini dilə gətirirdi.

Ziya Məmmədov Eldar Mahmudov ile ilgili görsel sonucu

Bu iddiaların nə dərəcədə doğru olması bilinmir. Bilinən odur ki, seçkilər yekunlaşıb, nəticə bəllidir. Yeni-köhnə  hakimiyyət komandası ona qarşı olanları yolundan süpürüb kənara tullamağa hazırlaşır. Eldar Mahmudova gəlincə, onun dövlət çevrilişinə hazırlaşdığı barədə iddialar hələ “MTN işi”nin ilk günlərində dövriyyəyə buraxılmışdı. Hətta onun bu səbəbdən işdən çıxarıldığı və komandasının zərərsizləşdirildiyi bildirilirdi.

Ziya Məmmədov Eldar Mahmudov ile ilgili görsel sonucu

Aylardır ki, hakimiyyətin seçkidən sonra “təmizləmələrə” başlayacağı xəbəri yayılır. Artıq seçki bitib. Bu arada sabiqlərin yenidən gündəmə gətirilməsini də təsadüf hesab etmək olmaz. Hakimiyyətin ötən 2-3 ayda prosesi sükutla izləməsi belə mülahizələrə yol açıb ki, aprelin 11-də keçirilən prezident seçkisindən sonra gözlənilən dəyişikliklər sabiqlərin atdığı addımlara görə sorğu-sual olunması, hətta həbsləri ilə başlana bilər. Mümkündür ki, həbslər hazırda iqtidar komandasında olub hakimiyyətə qarşı passiv müxalif mövqedə dayananları da əhatə etsin. Abbas Abbasov, Ziya Məmmədov və Eldar Mahmudov işdən çıxarılsalar da, onların hələ də bu və ya digər formada proseslərə təsir imkanları qalır. Hakimiyyətdə də tərəfdarları olmamış deyil. Digər tərəfdən, sabiq nazirlər o qədər irimiqyaslı və ciddi narazılıq yaradan qanunsuzluqlara yol verib ki, cəmiyyət onların cəza olaraq yalnız işdən çıxarılması ilə barışmaq istəmir. Hakimiyyət də bunun fərqində olmamış deyil. Odur ki, yaxın gələcəkdə həbslər qaçılmaz görünür…

E.HÜSEYNOV,
“Yeni Müsavat”

 

Əvvəlki yazı

Bakı Lift İdarəsinin rəisinin “ailə işi” məhkəmədə

Sonrakı yazı

Meyiti dənizdən tapılan operatorla bağlı şok iddia

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.